Səmayə Məmmədova: "Azad Rəhimovun vəziyyəti çox ağırdır"
Gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb.
Bu barədəAPA-ya Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.
O, ağ ciyər xərçəngindən əziyyət çəkən nazirin vəziyyətinin çox ağır olduğunu qeyd edib.
A. Rəhimovun səhhəti bir neçə ay əvvəl pisləşib və ABŞ-da əməliyyat olunub. Nazirin komaya düşdüyü bildirilirdi.