• cümə, 29 Mart, 14:08
  • Baku Bakı 14°C

Seçkisiz prezident seçkisi…

15.10.17 18:00 3325
Seçkisiz prezident seçkisi…
Analitiklərin fikrincə Qırğızıstanda keçirilən prezident seçkilərinin ölkənin tarixinə düşmək şansı çox yüksək idi, belə ki, seçkilər ilk dəfə olaraq, stabillik şəraitində keçirilirdi və respublikada hakimiyyət məhz qanuni yolla seçilmiş şəxsə-növbəti prezidentə ötürüləcək.Başqa sözlə, ölkə rəhbəri öz səlahiyyət müddətini tam olaraq başa vurduqdan sonra öz postunu qanuni yolla seçilmiş yeni prezidentə ötürəcək. Doğrudur, bazar günü Qırğızıstanda keçirilən prezident seçkiləri də tarixdə qalacaq. Amma , bir qədər fərqli cəhətləri ilə. Yerli siyasi analitiklərin fikrincə, bu seçkilər təkcə ölkənin deyil , eyni zamanda regionun da tarixində öz dərin izini buraxmış olacaqdır…
Məsələ burasındadır ki, Qırğızıstandakı prezident seçkilərinin legitimliyi hələ seçki marafonu – təbliğat kampaniyası başlayan andan müzakirə mövsusuna çevrilmişdi. Analitiklərin sözlərinə görə, seçki təbliğatı bütün ölkə üzrə qanun pozuntuları ilə müşaiyət olunub. Siyasətçilər. Eləcə də dövlət və ictimai xadimlərin yer aldığı «Azad seçkilər uğrunda» hərəkatının üzvləri dəfələrlə Qırğızıstan Mərkəzi Seçki Komissiyası , eləcə də ölkə Prezidenti və baş nazirə müraciət edərək qeydə olanmış qanun pozuntusu hallarına qarşı ölçü götürülməsinə tələb etmişlər. Yerli ekspertlər təəssüf hissi ilə qeyd edirlər ki, lakin baş vemiş qanun pozuntularına qarşı ölçü götürən olmayıb. Əslində , bu , onlar üçün heç təəccüblü də olmayıb. Belə ki, Qırğızıstanın yüksək vəzifəli şəxsləri prezident seçkilərində iştirak edən bu və digər namizədə lobbiçilik etməklə məşğul olublar. Hətta prezident Almazbek Atambayev belə onlardan geri qalmayıb. Baxmayaraq ki, ölkə prezidenti statusu, seçkidə iştirak edən hər hansı bir namizədin dəsləkləməsini yasaqlayırdı, amma A. Atambayev təmsil etdiyi Sosial-Demokrat Partiyasından olan namizədi- ölkənin keçmiş baş naziri Sooranbay Jeenbekovu açıq şəkildə dəstəkləyirdi. Ekspertlərin sözlərinə görə. bu . ölkənin seçki qanunvericiliyinin açıq şəkild tapdanılması deməkdir.Prezidentin ardınca digərləri- hakimiyyətdə təmsil olunan yüksək vəzifəli şəxslər və din xadimləri də açıq şəkildə eyni addımı təkrarlamaqdan çəkinmirdilər.
Analitiklərin sözlərinə görə, prezident seçkiləri zamanı baş vermiş qanun pozuntuları təkcə hakimiyyət təmsilçilərinin fəaliyyəti ilə məhdudlaşmırdı- bu işə yerli hakimiyyət nümayəndələri də aktiv cəlb olunmuşdu. Belə ki, Qırğızıstan parlamentinin (Joqorku Keneşa) iclaslarında ölkənin ayrı- ayrı əyalətlərində hakimiyyətin əsas namizədi- Sooranbay Jeenbekovun appanentlərinin seçki təşviqat kampaniyalara aparmalarına maneçilik törədilməsi, onların seçki plakatlarının və digər əyani təbliğat vasitələrinin cırılması , yerlərdə seçicilərlə görüşlərin keçirilməsinə maneçilik törədilməsi , namizədlərin seçki qərgahlarının qapadılması halları ilə bağlı dəfələrlə həyacan təbili çalınmışdı. Lakin hakimiyyət öz «yoluna» davam etmişdi. Odur ki, ekspertlər belə hesab edirlər ki, yerli icra nümayəndələri bu işdə çox da «ürəkli» deyillər və belə yüksək «seçki fəallığı» yalnız yuxarı dairələrin birbaşa göstərişləri ilə həyata keçirilə bilərdi.
Yerli analitiklərin fikrincə prezident seçkilərini «maraqlı» edən digər əsas məqam isə Qırğıstan parlamentinin üzvünün dövlət çevrilişinə cəhd etməsi adı altında həbs edilməsi olub . Hakimiyyətin namizədi olan Sooranbay Jeenbekovun əsas rəqibi- «Respublika» partiyasının lideri Omurbek Babanovun yaxın silahdaşı olan deputat Kanat İsayev seçkilər ərəfəsində həbs edilib. Ekspertlər isə deputatın həbsini heç də təsadüfi hesab etmirlər. Belə ki, Kanat İsayevin hansı səbəbdən həbs edildiyi axıra qədər nə sübuta yetirildi, nə də ki, yerli KİV-lərdə hakimiyyət tərəfindən hər hansı bir inandırıcı, yaxud əsaslandırılmış bir ittiham səslənməyib. Ən maraqlısı isə o olub ki, K.İsayevin həbsi ölkədə aparılan rəy sorğularının nəticələrinə görə, hakimiyyətin əsas namizədi olan Sooranbay Jeenbekovun reytinqinin getdikcə sürətlə aşağı düşdüyü dövrə təsadüf edib.
Ekspertlər qeyd edirlər ki, prezident seçkiləri müddətində bu kimi qanun pozuntusu faktlarıla yanaşı, yüzlərlə digər seçki pozuntusu halları da qeydə alınıb ki, onların arasında seçkidə iştirak edən bu və ya digər namizədin guya öz namizədliyini geri götürməsi barədə hakimiyyət tərəfindən yalandan dövriyyəyə buraxılan xəbərlər, hansısa siyasi qrupların guya birləşərək vahid platforma yaratmaları məlumatların yayılması və s. bu kimi şaiyələr yer alıb. Bundan əlavə, seçkilərə qatılan digər namizədlərin ünvanına təhqiramiz şayələrin, eləcə də kompramat dolu məlumatların yayılması, seçki marafonu ərzində baş vermiş saxtakarlıqları işiqlandıran jurnalistlərin təqib olunması da ölkədə keçirilən prezident seçkilərinin «bəzəyi» olub. Hətta bəzi hakimiyyətyönlü KİV-lər prezident kürsüsü uğrunda mübarizə aparan namizədlər barəsində subyektiv, əsasən də yalan məlumatlar yaymaqdan belə çəkinməyiblər. Bu işdə dövlət televiziyası və radiosu də hakimiyyətin karına yamanca gəlib. Yerli analitiklərin fikrincə bu, heç də təsadüfi olmayıb və ümumiyyətlə, yuxarılarla razılaşdırılmadan yerli telekanallar çətin ki, belə bir addam atmış olardılar. Ekspertlərin sözlərinə görə, seçki prosesində baş vermiş qanun pozuntularına görə etiraz əlaməti olaraq seçkiləri müşahidə edən qruplardan birinin aşkar şəkildə seçkiləri izləməkdən imtina etməsi seçki saxtakarlıqlarının kulminasiyasını təşkil edib.
Siyasi analitiklərin fikrincə indiyədək yuxarıda sadalanan seçki pozuntusu halları Qırğızıstandakı prezident seçkilərində «jurnal»ı xatırladır, «filmdəki əsas hadisələr» bundan sonra olub.Belə ki, bazar günü baş tutan sekçilərdə səsvermə zamanı qədər qanun pozuntusu hadisələri qeydə alınıb ki, onları hesablamaq belə çətin olub.Ən çox qanun pozuntusu isə seçki qutularına topa ilə səsvermə bülletenlərinin atılması və başqa bir adamın adına olan sənədlə səsvermədə iştirak halları olub. Yerli müşahidəçilərin bildirdiyinə görə, seçki məntəqələrindən birində yerli vətəndaş qutuya 20 ədəd səsvermə bülleteni atarkən saxlanılıb. Digər bir məntəqədə isə eyni hal daha «ustalıqla» təkrarlanıb-bu dəfə seçki komissiyasının üzvu 56 ədəd bülleteni qutuya atarkən müşahidəçilər tərəfindən yaxalanıb. Analitiklərin fikrincə bunlar hələ «isti izlər»lə qeydə alınan faktlardır və ölkə üzrə səsvermənin yekununda bu kimi faktların minlərlə olacağı gözlənilir.
Odur ki, analitiklər yuxarıda sadalananları nəzərə alaraq, Qırğızıstanda keçirilən prezident seçkilərinin qeyri legitim olduğunu vurğulayırlar. Siyasi ekspertlər isə prezident seçkilərinin yenidən keçirilməsində israrlıdırlar və onlar bu dəfə seçkilərin tamam başqa şərtlər altında – hazırkı hakimiyyətin hər hansı inzibati müdaxilələrindən kənar və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilməsini tələb edirlər.
Yerli analitiklər belə hesab edirlər ki, Qırğızıstan həqiqi demokratik bir ölkə olmaq üçün çox uzun bir yol qət etdiyindən, uzun mücadilə verdiyindən kiminsə, yaxud hansısa maraqlı qrupların istəyi ilə xalqın bu mücadiləsini bir anda heçə endirmək yolverilməzdir. Gks təqdirdə. Belə bir fəaliyyət yenidən ölkəni xaos və qanunsuzluqlar boşluğuna sürükləyəcəkdir.
Kamran
banner

Oxşar Xəbərlər