ŞƏBİ-ƏRUS

"Salha del tələbi cami-cəm əz ma mikərd,
Vançe xod daşt, ze bigane təmənna mikərd"
"İllərdi ki, ürək bizdən o Cəmşidn camını tələb edirdi. Ancaq o şey ki, onun özündəydi, onu biganədən, yəni başqasından təmənna edirdi".
Bu misralara əzəli və əbədi kainat pirlərindın olan böyük Hafizə məxsusdur. O Hafiz ki, heç ölməyibdir, diridir. Artıq çoxdandır ki, bu ölməzlik sözü pafosa və başağrıdan yalana çevrilib. Ancaq həqiqətən ölməzlik vardır. Elə-belə, məcazi anlamda yox, gerçəkdən vardır. Ölüm nədir ki? Heç nə. Gücü fani dünyanın fani sakinlərinə yetən bir keçid. Ancaq fani olmayan və bu fənanı əbədiyyətə çatdıran böyüklərə ölümün gücü yetmir. Onlar ölümün özünü öldürüb, ölülərə belə həyat bəxş edirlər.
Lakin Hafiz deyir ki, insanın möhtac olduğu tək qüdrət özüdür. Allahın sirri də təcəllası da insandadır və insandır. Həmin qəzəlin sonrakı beytində böyük ustad belə deyir:
Feyzi-ruhul-qudüs ər baz mədəd fərmayəd,
Degəran həm bekonənd an çe Məsiha mikərd.
"Dedilər ki, ruhul-qüds, yəni Həzrəti İsa nəfəsi ilə ölüləri dirildir, mözücələr eləyir. Lakin burada təəccüblü bir şey yoxdur. İsanın etdikıərini hər kəs edə bilər".
Əcəba bu nədir? Nə biçim bir iddiadır? Axı bunu deyən Hafizdir. Deməli burada mütləq şəkildə bir sirr yatır. Yəni Hafiz kimi yerin, göyün müəllimi boşuna söz işlətməz.
İnsanın qüdrəti ona müqəddəslik bəxş eləməz. Yəni bir insan bacarıqlı, istedadlı, güclü, vergili insan ola bilər. Lakin müqəddəs, pak olmaya bilər. Onun güclü, qüdrətli olması onu müqəddəslər sırasına daxil etməz. Fəqət bir insan müqəddəs olarsa, o paklıq, o müqəddəslik ona qüdrət bəxş eləyər. Yəni müqəddəslik, ucalıq, paklıq qazanılma bir şeydir. Bu şeylər insana hazır verilmir. Bu fikirlər də ustadım Cavid Mürtəzaoğluna məxsusdur.
Könül ərləri Allahı qazanıblar, imanı və eşqi nəfsləri, canları, qanları, məişətləri, halal haqlarından imtina etmələri hesabına əldə ediblər. Onların sirrinə varmaq, onlarla, necə deyərlər, zarafat eləmək olmaz. Onlar Vilayət məqamını fəth edənlərdir. Yəni onlar vəlilərdir. Onlar övliyadır. Həzrəti Hafiz isə iddia edir ki, madam bu məqamı insan bədəl ödəməklə, imtina və istiğnayla qazanır, o zaman bizim bir-birimizdən üstünlüyümüz, fərqimiz nədədir? Seçilənlər yoxdur, seçənlər vardır. Allah seçmir, Allahı seçirlər. Əks təqdirdə ədalət tərəzisi bu mizanı darta bilməz.
Haq da həqiqət də göz önündədir,
Yer altında deyil, yer üstündədir.
Bəxtiyarsan, əgər çəkdiyin əmək,
Cahan sərgisinə versə bir çiçək.
Bu misraların müəllifi isə Cavid əfəndidir - Hüseyn Cavid! Bu əzablı mütəfəkkir isə iddia edir ki, kənarda, bucaqda, uzaqda bir haq, bir Allah yoxdur. O, göz önündədir, O, sənsən, O mənəm, O odur. Axtarmağa dəyməz. Çünki, tapılsaydı, indiyə qədər çoxdan tapılmışdı. Ya Onu doğru yerdə axtarmırıq, ya da ən böyük yanlışımız elə axtarmaqdır.
Daha sonra Cavid əfəndi deyir ki, gerçək xoşbəxtıik, həqiqi bəxtiyarlıq insanlığa, insan kamilliyinə xidmət etməkdir. Nəsimi də bunu deyirdi və həyata keçirirdi. Doğrudan da bu dünyada xidmət eləməkdən daha gözəl, daha üstün və var? İnsan yalnız başqalarını düşünməkıə özündən, öz dərdlərindən qurtula bilər. Yalnız bəxş eləmək, bağışlamaq insan qəlbinə həqiqi huzur və rahatlıq hədiıyyə etmiş olar. Başqa bir qurtuluş yolu, başqa bir huzur və səadət şəkli bu günə qədər hələ ki, icad olunmayıb. Çünki dünya fanidir. Bu fanidə bəhsə girmək, rənglərin cazibəsinə qapılmaq insana boşluqdan və çarəsizlikdən başqa bir şey gətirməz. Cavabsız bir sualdır bu dünya! Qapısı olmayan evdir, sonu gəlməyən yoldur bu dünya.
Bu dünya fanidir, fani,
Bu dünyada qalan hani?
Davud oğlu Süleymanı
Qızıl təxtdən salan dünya.
Bu sözlərin müəllifi isə Tikmədaşlı Xəstə Qasımdır.
Bu fanidə davamiyyət və etibar aramaq olmayacaq duaya "amin" deməkdir.
Lakin bir də ölüm vardır. Hər kəsin qorxduğu, dar və nəm toprağı düşündüyü zaman canına üşütmə saldığı ölüm. Allahın ölüm mələyi... O zatı düşündüyümüzdə isə sonumuzun gəldiyini zənn edirik. Halbuki ölümdən qorxmaq sadəcə bilgisizlikdir. Halbuki Həzrəti Mövlana ölüm mələyini toy-düyün dəvətlisi olaraq görürdü. Elə buna görə də öz ölümünün adını "Şəbi-ərus", yəni "gəlinlik gecəsi", "toy axşamı" qoydu. Dedi, mən ölmürəm, mən Allahın dərgahına gəlin köçürəm. Bu gələn, ölüm deyil, mənim toy karvanımdır. Toyda nə edərlər? Əlbəttə ki, çalarlar, oynayarlar. O şey ki, məni sevindirir, siz buna niyə qəmlənirsiniz? Yox əgər, dərdiniz ayrılıq dərdidirsə, ona da qəmlənməyin. Çünki yanınızda olduğum müddəti mən təyin etməmişəm və bu müddət ərzində siz ala biləcəyiniz qədər aldınız, mən də verə biləcəyim qədər verdim. Mən sizə ölümün ayrılıq deyil, bir qovuşma, vüslət olduğunu göstərdim. Təkcə elə bunun üçün çalıb oynamağa dəyər. Zira, arif insan ölümdən qorxmaz, onun gəlişini Allahın "buyur gəl", deyə vəhdət qapısını taybatay açması mənasına gəldiyini bilərək, sevindiyindən yerində dura bilməz, tələsər, uşaq kimi sevinər, atılıb düşər. Allahın ətri dəydimi arifin burnuna, bitər hər şey.
Mülki-bəqadan gəlmişəm,
Fani cahanı neylərəm?
Mən dost cəmalın görmüşəm,
Huri-cinanı neylərəm.
İsmayılam, Haq yolunda
Canımı qurban eylərəm,
Çünki bu can qurban imiş,
Mən qoç qurbanı neylərəm?
Ulu ozanımız Yunus dədə nə gözəl deyib bunları... Adamın fərəhdən və haldan az qalır ruhu bədənini tərk eləyib o yerə getsin ki, orada yalnız O vardır. Nə sən varsan, nə mən varam, yalnız O var!
Aşkın aldı benden beni,
Bana seni gerek, seni.
Ben yanarım günü-günü,
Bana seni gerek, seni.
Ne varlığa sevinirim,
Ne yokluğa deyinirim.
Aşkın ile avunurum,
Bana seni gerek, seni.
Akillere sohbet gerek,
Ahıllara ahret gerek,
Mecnunlara Leyla gerek,
Bana seni gerek, seni.
Cennet, cennet dedikleri,
Bir kaç evle, bir kaç huri,..
İsteyene ver onları,
Bana seni gerek, seni.
Miskin Yunus benim adım,
Günü-günden artar odum,
İki cihanda muradım,
Bana seni gerek, seni.
O "SƏN" dediyi Allahdır. Yalnız Allah. Nə Onun cənnəti, nə rəhməti, nə hurisi, nə pərisi. Yalnız Allah! O Allah ki, insandan başqa bir sevgilisi olmadı. O Allah ki, ən yaxındaykən, ən uzaqlarda arandı. O Allah ki, düşünülərək yox oldu, sevilərək var oldu. O Allah ki, əslində kənarda, uzaqda, kainatın hansısa sirli və əlçatmayacaq bir yerində oturmayıb. O Allah ki, bir şah damardan belə yaxındır insana. Ona dua etmək, Ondan bir şeylər istəmək deyil əslində. Ona dua etmək, Ona bir şeylər verməkdir. Ona can, qan, nəfs, həvəs, yuxu, yemək, rahatlıq verməkdir. Biz bunları verdikcə, özümüzdən qurtulub özümüzə dönürük. Onu zikr etmək Onu xatırlamaq deyil. O nə zaman yaddan çıxdı ki?! Vücudun vəhdəti irəliyə getmək deyil, irəliyə qayıtmaqdır. Çünkiə biz vəhdətdən gəlirik, vəhdətə doğru getmək üçün. Biz kəsrətə düşdük, ayrılığa düçar olduq. Qovuşmq günü irəlidə deyil, geridə də qalmayıb. O, indidir, bu andır, bu gündür. Vəhdətin dünəni və sabahı olmaz. Çünki vəhdətdəyik, vüsalın içindəyik. Ona görə Həzrəti Pir, kim olursan ol, gəl deyir. Günahkar olmaq, tövbə edib sonra onu yenə pozmaq, kafir olmaq, mömin olmaq,.. bunlar heç nəyi dəyişmir. O,.. səni sevir! Səni gözləyir. Onun gördüyü sənsən, sənin günahların, ya savabların deyil. Burax günahı da, savabı da gəl! Gedəcəyin yer yoxdur. Ayrılıb getdiyin yer var. İndi qayıt öz yerinə, dön özünə. Sən səndəsən. Buna görə O da səndədir. Sən səndə olmasan, sən olmasan O da yoxdur! O, səni əyləncə olsun deyə yaratmadı. Səni özündən doğdu, öz ruhunu sənin fani və quru bədəninə üfürdü. Məcnun Leylanı görəndə, artıq Leyla yox idi. Çünki artıq Məcnun da yox idi. Buna görə Füzuli dedi ki:
Gər mən mən isəm, nəsən sən ey yar?
Gər sən sən İsən, nəyəm məni-zar?
Görəsən bunları elə-beləmi deyiblər? Yoxsa biz elə-beləyik? Bu gerçəklər insan şuuru, insan varlığı üçün deyilmi? Bəs niyə bizlər bu əbədiyyət süfrəsinə əl uzatmırıq? Niyə fani olaraq qalmağı üstün tuturuq? Nədir əbədiyyət? Heç nə, çox sadə bir şeydir; fanilikdən qurtulmaqdır əbədiyyət. Yəni ölmədən ölmək!
İskəndərəmmi, zülmətə ey Xızr, olam rəvan?
Abi həyat ləli-ləbi-dilbərimdədir.
Bu da həmin silsilənin bir halqası olan Seyyid Əzimin misralarıdır. Bu böyük arif də qəribə bir iddiada bulunur. Deyir, İskəndər dirilik suyunu içib, əbədi həyatı qazanmaq üçün zülmətə qədər vardı. Ancaq mən İskəndər deyiləm. Mən İskəndər ola bilərdim. Əgər o həmin abi-həyatı tapa bilsəydi. Mən isə, necə deyərlər, hərif deyiləm ki, gedim zülmət dünyaya çıxım,.. nə var, nə var, bu fani dünyada əbədi yaşayacağam. Həqiqi dirilik suyu isə, sevdiyimin, pirimin, mürşidimin dodağında, o dodaqların arasından çıxacaq olan sirdədir. O sirrə vaqif oldummu, o zaman əbədiyyəti qazanmış oluram. Həqiqət heç nəyə bənzəməz. O nə məcazdır, nə sözdür, nə rəmzdir, nə də fəlsəfə. Həqiqət gerçək varlığın istisnasız və kamil bir şəkildə idrakıdır. O varlıq ki, sənin özünsən. Sən səni kəşf etdinmi, həqiqət o zaman üzə çıxacaq. Başqa Allah yoxdur. Nə onun dərgahı var, nə zatı var, nə də əsması -- əgər sən səni bulmadınsa. Zatən göz qabağındadır - Allahın dərgahından, zatından, əsmasından kimə nə fayda toxunub? O, görünməyəcəksə, Onun varlığından kimə nə? Kim qurtuldu bu bilinməzlikdən? Kim nə qazandı bu uzaqlıqdan?
Sən sana gər yar isən, var ey könül, yar istəmə,
Yaru dildar ol sana, sən yaru dildar istəmə.
Ulu Nəsimi də eyni şeyi deyirdi. Özü də Nəsimi şair-filan deyildi. Şairlik belə ariflərin şəninə yetişəcək zirvə deyil, onların mənəvi vücudunun sığacağı qəlib deyil. Sadəcə olaraq, Nəsimi və nəsimilər sözdən daha gözəl bir mübarizə yolu tapa bilmədilər. Çünki söz qəlbin özüdür. Qəlb isə insanın Allahı görən gözüdür.
Ölümlə həyat arasındakı nazik və bir üfləməklə silinə bilən cizgi əhəmiyyətsiz olduğu qədər də hökmlü çıxdı. Biz ölümü həyatdan ayırmazdıq. Ancaq insanlar ayırdı. Buna görə də Mövlana araya daha bir cizgi çəkərək dedi: Hər kəs ölümü dadacaqdır, ancaq hər kəs həyatı dada bilməyəcək. Həyat gözəldir. Hərçənd ki, dünya fanidir. Ancaq həyatını bu fani dünyanın cazibəsindən qurtaranlar üçün fənalıq yox, bəqalıq vardır, yəni əbədiyyət.
Şeyxi məhv oldu sanmayın, zinhar,
İştə qarşındayım, sevimli Xumar.
Kim ki, eşq atəşiylə gəşt eylər,
Onu yandırmaz öylə atəşlər.
Əbədiyyət mənim məzarımdır,
Çünki , sultani-eşq yarımdır.
Bu misralar isə Şeyx Sənanın dilindən deyilmişdir. Müəllifi isə, məlum Cavid əfəndidir. Eşqi uğruna dinini belə tərk edən bir İslam şeyxi! Demək ki, aşiqin məqamı dindarın məqamından çox fərqlidir. Eşqin atəşi könül əhlini elə yaxar ki, başqa atəşlərə gərək qalmaz. Eşq atəşində yanan kəsdən geriyə heç nə qalmaz. Yarı sultani-eşq olanın məzarı əbədiyyət olar.
Elə Mövlana həzrətləri də deyirdi ki, biz öldükdən sonra məzarımızı yerlərdə axtarmayın. Bizim məzarımız ariflərin qəlbindədir. Elə bu məntiqdən də çıxış edərək söyləmək olar ki, onlar ölməmişdir. Ölüm nədir? Çıxıb getmək, yox olmaq, nəticədə unudulmaq. Onlar isə, nə çıxıb getdilər, nə yox oldular, nə də unuduldular. Deməli, onlar ölmədilər. Həyatdaykən bizi unudan və unutduran dünya, fani olmasına rəğmən onları fiziki ölümdən sonra belə, hətta elə fiziki ölümdən sonra yaşatmağa başladı. Hər kəsin dünyaya, dünyanın isə onlara ehtiyacı vardır.
Can ruhdur. Ruh bədənin keçici varlığıyla barışan ölümsüz Allah zərrəsi, Haq təcəllası və bütün xasiyyəti və keyfiyyəti ilə Tanrının özüdür.
Milləti-eşq əz həme dünya cüdast,
Aşiqanra millətü məzhəb Xudast.
"Eşq milləti bütün dünyadan cüdadır. Aşiqlərin milləti də məzhəbi də Xudadır". Bu misralar da əziz Mövlana həzrətlərinindir.
Can sənin, cism sənin, ömr sənin, fel sənin,
Cümlə sənsən, bu arada nə şeyim var mənim.
Bu beyt isə ustad Seyyid Əzimindir. Aşağı-yuxarı eyni sözü deyib, eyni mənanı söyləmiş, eyni gözəlliyi vəsf etmişlər. Bu elə belə də olur. Çünki bütün yollar, Ona doğru gedilən bütün yollar məhz Ona çıxar. O isə birdir, əhəddir, yektadır, təkdir. Vəhdəti-mövcud dedikləri də elə budur. Kəsrət yalandır, görüntüdür, qabıqdır. Gerçək olan isə vəhdətdir. Vəhdət doğulmaz. Buna görə də ölməz. Vəhdət, cahan içində cahan, ömür içində ömür, dünya içində dünyadır. İmadəddin Nəsimi eynilə bu cür bəyan edir:
Var bu cahandan özgə bizim bir cahanımız,
Surət bu aləm oldu bizə ol məkanımız!
Fəxrəddin Salim