• şənbə, 20 Aprel, 09:12
  • Baku Bakı 14°C

Şam yeməyi təşkil etdi, onları barışdırdı

22.09.17 12:40 1318
Şam yeməyi təşkil etdi, onları barışdırdı
PSJ-in düşərgəsində ab-havanın yaxşı olmadığı barədə məlumat vermişdik.
"Lion”la oyunda Kavani ilə Neymar mübahisə etmişdi. Bu mübahisənin yaranmasında Alveşin də rolu olmuşdu. O, cərimə zərbəsini yerinə yetirmək istəyən Kavanidən topu alaraq, həmyerlisinə vermişdi.
Kaspi.az xəbər verir ki, Alveş durumu nizamlamaq üçün şam yeməyi təşkil edib. O, şam yeməyinə Kavani ilə Neymarı dəvət edərək, onları barışdırıb.
Məlumata görə, Neymar "Lion”la qarşılaşmada aşırı emosionallıq nümayiş etdirdiyi üçün komanda yoldaşlarından da üzr istəyib.
banner

Oxşar Xəbərlər