“Sağlam Azərbaycan Festival”ı keçiriləcək
Mədəniyyət
və Turizm, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə ölkədə ilk dəfə "Sağlam
Azərbaycan Festivalı” keçiriləcək. Ümumdünya Səhiyyə tədbirləri arasında xüsusi
şöhrətə malik olan bu festivalın Azərbaycanda keçirilməsinin məqsədi insanlara
sağlam həyat tərzi aşılamaqdır. Paytaxtda baş tutacaq festivalda müxtəlif mədəniyyətlərin
təbliği ilə yanaşı, idman və turizm sahələrinin, sağlam həyat tərzinə səsləyən
VEGAN mədəniyyətinin təbliğinə geniş yer ayrılacaq.
Məhz
bu festival üçün Azərbaycana dəvət olunmuş ukraynalı aşpaz Konstantin Stolyarov
dadlı vegeterian yeməkləri bişirib iştirakçılara təqdim edəcək.( O, 2016 cı ildə
də Bakıda keçirilən VEGAN BOOM projesinin iştirakçısı olub). Konstantin bu dəfə
də qonaqlara xüsusi hazırlanmış masalarda dadlı təamların dadına baxmaq və
faydalı məlumatlar almaq imkanı yaradacaq. Əcnəbi şirniyyatçı qizlar da
festivala öz təamları ilə rəng qatacaq.
Festival çərçivəsində böyüklər üçün VEGAN
yeməklərin master-klassları ilə yanaşı ana və uşaq üçün özünü
müdafiə dərsləri, "Happy starts”,
gimnastika şousu və dərsləri, hər növ yoqa, mantra oxunulması, masaj, voleybol,
şahmat yarışları, xına çəkmək üzrə master klass, kişilər üçün mini futbol 4x4, mini qolf, armrestling (qol güləşi) , kapoeyra (capoeira), Boçça paralimpiya yarışması, açıq kinoteatr, Street
Art, Street boll və "Lektoriy” maarifləndirici
mühazirələr təşkil olunacaq. Bu mühazirələr müxtəlif sahələrdə çalışan
insanlara biliklərini artırmaq və opponentləri ilə müzakirə etmək imkanı
yaradacaq.
"Sağlam Azərbaycan Festivalı”nda uşaqların da
maraqları nəzərə alınıb. Festival zamanı balacalar üçün rəqs, yoqa, kapoeyra (capoeira) dərsləri, Face art və karikatura master klassları, maarifləndirici
oyunlar keçiriləcək. Uşaqları şar bağlayan və
sehrbazla yanaşı animatorlar əyləndirəcək.
"Sağlam
Azərbaycan Festivalı”nın maraqlı məqamlarından biri də insanlar üçün təşkil
olunan pulsuz həkim müayinələridir. Belə ki, festivala qatılanlar müxtəlif sahələrdə
ixtisaslaşmış həkimlər tərəfindən müayinə edilərək, məsləhət almaq imkanı
qazanacaqlar.
Festivalda Xərçəngə qarşı birgə mübarizə sloqanı ilə
qaçış yürüşü olacaq. Ağ Şəhər Bulvarı ərazisində 2 kilometrlik məsafəni əhatə
edəcək qaçışa müxtəlif yaş qruplarını (gənclərdən tutmuş veteranlara qədər) əhatə
edəcək iştirakçılar qatılacaq.
Avqustun
25,26 və 27-si tarixlərində Ağ Şəhər Bulvarı ərazisində keçiriləcək "Sağlam Azərbaycan
Festivalı”na giriş pulsuzdur. İştirakçılar təqdim olunan bütün xidmət və əyləncələrdən
ödənişsiz istifadə edə biləcək. Bundan başqa festival ərazisində satışa
çıxarılacaq bütün qida məhsulları da xüsusi endirimlə satılacaq.
Qeyd edək ki, "Sağlam Azərbaycan Festivalı”na Azərbaycan Milli Paralimpiya Komitəsi, Azərbaycan
Capoeria Federasiyası, Azərbaycan Milli Karate Federasiyası, Azərbaycan Gimnastika
Federasiyası və Azərbaycan Basketbol
Federasiyası da dəstək verir.
İnsanları yaxşılığa, sevgiyə, birliyə yönləndirəcək
"Sağlam
Azərbaycan Festivalı” müxtəlif sahələrdə həmfikirlərin tanışlığının və birliyinin
yaranmasına zəmin yaradacaq. Avqustun 11 dən etibarən istifadəyə veriləcək www.saglamazerbaycan.az saytında festival haqqında mütəmadi olaraq məlumatlar
yerləşdiriləcək.