• şənbə, 20 Aprel, 15:25
  • Baku Bakı 23°C

Sabah havanın temperaturu 23 dərəcəyədək artacaq

23.03.23 18:00 635
Sabah havanın temperaturu 23 dərəcəyədək artacaq

Bakıda və Abşeron yarımadasında martın 24-də havanın dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənir.

Milli Hidrometeorologiya Xidmətindən Kaspi.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntıl olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.

banner

Oxşar Xəbərlər