• cümə axşamı, 25 aprel, 20:53
  • Baku Bakı 21°C

Sabah Bakıda 35, rayonlarda 42 dərəcəyədək isti olacaq

29.07.17 12:45 815
Sabah Bakıda 35, rayonlarda 42 dərəcəyədək isti olacaq
İyulun 30-daBakıda və Abşeron yarımadasındahavayağmursuz olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən xəbərə görə, havanın temperaturu gecə 23-27° isti, gündüz 31-36° isti,Bakıda gecə 24-26° isti, gündüz 33-35° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 70-80%, gündüz 45-50 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarındahavayağmursuz olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti,dağlarda gecə 16-21° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər