• cümə, 19 Aprel, 07:27
  • Baku Bakı 13°C

Sabah 40 dərəcə isti gözlənilir

06.07.13 11:05 1151
Sabah 40 dərəcə isti gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 30-35 dərəcə, bəzi yerlərdə 37 dərəcəyədək isti olacaq.
Sabah Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin Böyük Qafqazın bəzi ərazilərində gecə və axşam saatlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimal olunur. Mülayim-qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 33-38 dərəcə, bəzi yerlərdə 40 dərəcəyədək isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər