• cümə axşamı, 28 mart, 19:22
  • Baku Bakı 13°C

Rusiyalı veteranlar Qarabağda faşist kollaborant Njdenin heykəlini sökməyə çağırırlar

06.05.21 14:37 728
Rusiyalı veteranlar Qarabağda faşist kollaborant Njdenin heykəlini sökməyə çağırırlar
Dolqoprudnensk (Moskva vilayəti) Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranlarının ictimai təşkilatı federal hakimiyyət orqanlarına ərizə ilə müraciət edərək faşist kollaborant Njdenin Qarabağdakı heykəlini sökməyə çağırıb.
AZƏRTACxəbər verir ki, Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan zonada faşistlərin əlaltısı Njdeyə heykəl qoyulması Moskva vilayəti veteranlarını hiddətləndirib.
Veteranlar qeyd edirlər ki, Qələbə günü keçmiş SSRİ-nin bütün xalqlarını birləşdirən bayramdır, lakin təəssüf ki, postsovet məkanındakı bəzi ölkələrdə, o cümlədən Ermənistanda nasistlərin əlaltılarının qəhrəmanlaşdırmağa cəhd göstərirlər.
Veteranların müraciətində qeyd edilir ki, İkinci Dünya müharibəsi dövründə Njde qızıl ordu sıralarından əsir düşmüş erməni əsgərlərindən ibarət "Erməni legionu” formalaşdırıb. Vermaxt sıralarında döyüşməyə başlayan bu legion Polşa və Ukraynada minlərlə dinc sakinə qarşı cinayətlər törədib, Qərbi Krımda iyirmi mindən çox dinc sakini qətlə yetirib.
Veteranlar təşkilatı faşizm üzərində Qələbənin keçmiş SSRİ-nin bütün xalqlarını birləşdirən bir hadisə kimi böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq xəbərdarlıq edir ki, Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazidə belə bir heykəlin olması Avrasiya məkanında insanları birləşdirən azsaylı dəyərlərdən birini hörmətdən salır. Veteranlar əmindirlər ki, bu həm də faşizmi qəhrəmanlaşdırmaq cəhdlərinə qarşı prinsipial mübariz kimi Rusiyanın nüfuzunu aşağı salır.
Müvafiq müraciət Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə göndərilib.

banner

Oxşar Xəbərlər