• cümə, 19 Aprel, 22:18
  • Baku Bakı 24°C

Rusiyalı politoloq: “Minsk qrupunun həmsədrliyində Fransanı Almaniya əvəzləyə bilər”

01.05.21 17:30 810
Rusiyalı politoloq: “Minsk qrupunun həmsədrliyində Fransanı Almaniya əvəzləyə bilər”
"ATƏT-in Minsk Qrupu fərqli bir mövqe ortaya qoymalıdır”.
APA-nın məlumatına görə, bunu bu gün Ağdamda erməni vandallığına məruz qalmış əraziləri ziyarət edənRusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirib.
S. Markov deyib ki, Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsini irəli sürə bilər: "Çünki Fransa özünü tamamilə kənarda qoyub. Fransa hüquqazidd mövqedən çıxış edib və vasitəçi mövqeyindən çıxış edə bilməz. Fransa başqa bir ölkə, məsələn, Almaniya ilə əvəzlənə bilər”.
banner

Oxşar Xəbərlər