• cümə, 29 Mart, 16:00
  • Baku Bakı 14°C

Rusiyalı ekspert: “Ermənistan sülh razılaşmasını pozur”

01.05.21 17:15 809
Rusiyalı ekspert: “Ermənistan sülh razılaşmasını pozur”
"Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməməklə sülh razılaşmasını pozur”.
APA-nın məlumatına görə, bunu bu gün Ağdama səfər edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirib.
S. Markov deyib ki, mina xəritələrinin Azərbaycana təqdim edilməməsi artıq insan ölümlərinə gətirib çıxarıb:"Mina xəritələrinin təqdim edilməməsinin nəticəsində gələcəkdə daha çox insan həyatını itirə bilər. Əlbəttə, sülh razılaşmasının təşəbbüskarı və qarantı kimi Rusiya Ermənistanın mina xəritələrini təqdim etməsinə çalışacaq. Yəqin ki, həmin mina xəritələri var. Erməni zabitlər Rusiyada, yaxud Ermənistanda sovet hərbi məktəblərində oxuyublar. Sovet hərbi məktəblərindəki Nizamnamələrə əsasən, iki xəritə hazırlanır. Bu xəritələrdən biri hərbi birliklərə, digəri isə Baş Qərargaha təqdim edilir, Baş Qərargahda saxlanılır. Mina xəritələri Azərbaycana məqsədli şəkildə verilmir ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri bərpa etməsi prosesi geciksin, insanlar ölsün. Bu, tamamilə qəbuledilməzdir”.
banner

Oxşar Xəbərlər