• şənbə, 20 Aprel, 07:08
  • Baku Bakı 14°C

Rusiya Venesuelaya buğda tədarükünə başlayıb

12.08.17 13:19 1212
Rusiya Venesuelaya buğda tədarükünə başlayıb
Rəsmi Moskva və Karakas arasında əldə olunan razılaşmaya əsasən buğda yüklü ilk gəmi Rusiyadan Venesuelaya yola düşüb.
APA-nın xəbərinə görə, bu barədə özünün "Feysbuk” səhifəsində Venesuelanın Rusiyadakı səfiri Karlos Faria yazıb.
"Avqustun 9-da göyərtəsində Rusiya buğdası olan ilk yük gəmisi Venesuelaya üz tutub”, K.Faria yazıb. İki ölkə arasında müvafiq razılaşma may ayında əldə edilib. İyun ayında razılaşmanı şərh edən səfir bunu Rusiya-Venesuela əməkdaşlığının möhkəmlənməsi və iqtisadi müharibəyə qarşı zərbə kimi qiymətləndirib.
Məlumata görə, Rusiya Venesuelaya ayda təqribən 60 min ton buğda göndərəcək.
banner

Oxşar Xəbərlər