• cümə axşamı, 28 mart, 17:15
  • Baku Bakı 16°C

Ronaldinyonun anası koronavirusdan vəfat etdi

21.02.21 15:15 622
Ronaldinyonun anası koronavirusdan vəfat etdi
Dünya futbolunun əfsanəsi Ronaldinyonun anası Migelina Eloi Dos Santos 71 yaşında ikən koronavirus infeksiyasından vəfat edib.
Kaspi.az-ın məlumatına görə, bununla bağlı 40 yaşlı keçmiş hücumçu tvitter profilində qara foto qoyub.
Braziliya millisinin sabiq forvardı 2020-ci ilin dekabrında anasının koronavirusa yoluxduğunu bildirib. Həmin vaxt Migelina Eloi intensiv terapiya şöbəsinə yerləşdirilmişdi.
Qeyd edək ki, 2002-ci ilin dünya çempionu futbolçu karyerasını 16 yanvar 2018-ci ildə başa vurub. Onun son klubu "Fluminense" olub. Ronaldinyo 2005-ci ildə "Qızıl top" mükafatını qazanıb. O, Fransa PSJ-si, İspaniya "Barselona"sı, İtaliya "Milan"ı və digər klublarda çıxış edib. (Report)
banner

Oxşar Xəbərlər