• şənbə, 20 Aprel, 08:00
  • Baku Bakı 14°C

Rezidenturaya boş qalan yerlərə ixtisas seçimi elan edilib

15.09.22 16:00 859
Rezidenturaya boş qalan yerlərə ixtisas seçimi elan edilib

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı ixtisasa qəbul ola bilməyən, eləcə də Tibb Universitetinin hərbi tibb fakültəsini bitirmiş namizədlərə müraciət edib.

Mərkəzdən "Kaspi"yə bildirilib ki, sentyabrın 15-i saat 15:00-dan 19 sentyabr 2022-ci il saat 23:59-dək rezidenturaya boş qalan plan yerlərinə və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerlərinə ixtisas seçimi elan edilir.

Qeyd edək ki, 2022/2023-cü tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 437 (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerləri istisna olmaqla) yerdən ibarət olub.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 13 nəfəri müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).

Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2022, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

banner

Oxşar Xəbərlər