• cümə, 19 Aprel, 10:13
  • Baku Bakı 13°C

Ərdoğandan xəbərdarlıq: “Zərurət olmadıqca zəlzələ bölgəsinə gedən yollardan istifadə etməyin”

07.02.23 18:55 481
Ərdoğandan xəbərdarlıq: “Zərurət olmadıqca zəlzələ bölgəsinə gedən yollardan istifadə etməyin”

“Nəqliyyat və kommunikasiya xətlərinin açıq saxlanılması həyati əhəmiyyət kəsb edir”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, zəlzələ bölgəsinə axtarış-xilasetmə qruplarının, avadanlıq və yardım materiallarının çatdırılmasında hələ də çətinliklər yaşanır.

“Buna görə də xatırladıram ki, zərurət olmadıqca heç kim zəlzələ bölgəsinə gedən yollardan istifadə etməsin, təcili olmadığı müddətcə telefon danışıqları aparılmasın. Ölkəmizin hər yerində vətəndaşlarımız ehtiyatlarımız tükənməsin deyə qan verməyə davam edirlər. Təhlükəsizlik qüvvələrimizdən çox sayda personal axtarış-xilasetmə işlərinə cəlb olunub. Türk Silahlı Qüvvələrinin Quru Qoşunlarından minlərlə personal, həmçinin Hərbi Dəniz Qüvvələrimizin 10 gəmisi və Hərbi Hava Qüvvələrimizin yük təyyarəsi də bu istiqamətdə aparılan işlərdə yer alıb. Təhlükəsizlik qüvvələri onsuz da bütün gücləri ilə fəaliyyət göstərirlər. Mühafizəçilərimiz də aktiv olaraq iştirak edirlər. PUA-ları da cəlb etmişik. AFAD-ın koordinasiyası ilə minlərlə könüllülərimiz bölgəyə axın edir. Nazirliklərimizə tabe olan qurumlarla yanaşı hansı partiyaya mənsub olmağından asılı olmayaraq bütün bələdiyyələrimiz əllərində olan vasitələri bölgəyə göndərirlər”, - deyə Ərdoğan vurğulayıb.

Mənbə: Haber Global

banner

Oxşar Xəbərlər