• cümə, 29 Mart, 17:39
  • Baku Bakı 14°C

Ərdoğan: “Yunanıstan, özünü ədəbli apardıqca səninlə işimiz yoxdur, yetər ki, ədəbli ol”

15.01.23 09:00 1662
Ərdoğan: “Yunanıstan, özünü ədəbli apardıqca səninlə işimiz yoxdur, yetər ki, ədəbli ol”

“Ey Yunanıstan, özünü ədəbli apardıqca səninlə işimiz yoxdur, yetər ki, ədəbli ol”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "İndi PUA-larımızı, SİHA-larımızı, “Akıncı”mızı (pilotsuz uçuş təyyarələri-red) hazırlayırıq. Amma hər şeydən əvvəl, indi başqasını hazırladıq. O nədir? “Qızıl alma”mız (pilotsuz uçuş aparatı-red-PUA) var. Kütləvi istehsala başlayandan sonra bunlar “F-16”-nın (qırıcıların-red) daşıdığı bombanı daşıyacaq”, - Türkiyənin dövlət başçısı deyib.

“Yunanıstan bütün bunlarla indi nə deyir? Bu çılğın türklər nə edir? Hazırda İzmirdə sınaqlar edildi və oradan atıla biləcək raket onları qorxutmağa başladı. Mən də deyirəm ki, ey Yunanıstan, özünü ədəbli apardıqca səninlə işimiz yoxdur. Yetər ki, ədəbli ol”, - Ərdoğan qeyd edib. Türkiyə lideri qeyd edib ki, hazırda Türkiyənin raketinin uçuş məsafəsi 565 kilometrdir: “Bu kifayət deyil, onu (uçuş məsafəsini -red) 1 000 kilometrə çatdıracağıq”.

banner

Oxşar Xəbərlər