çərşənbə, 08 Fevral, 05:42

Baku Bakı 3°C

“Rast” filminin təqdimatı keçiriləcək

icon 460 icon 26 noyabr 2022 | 18:15 “Rast” filminin təqdimatı keçiriləcək

Görkəmli tarzən, Xalq artisti, professor Ramiz Quliyevin təşəbbüsü ilə Azərbaycan Televiziyası tərəfindən “Rast” filmi çəkilib.

Kaspi.az xəbər verir ki, noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində filmin təqdimat mərasimi keçiriləcək.

Təqdimatda filmdə çəkilən Xalq artistləri Ramiz Quliyev, Şəfiqə Eyvazova, Alim Qasımov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və Əməkdar incəsənət xadimi Aqil Məlikov iştirak edəcəklər.

Filmlə bağlı düşüncələrini bölüşən Ramiz Quliyev bildirib ki, Azərbaycan Televiziyasının fondunda rejissor Arif Qazıyevin lentə aldığı “Şur” filmi də var. Həmin filmdə bu gün artıq dünyasını dəyişmiş görkəmli xanəndələrimizin ifaları yer alıb: “Bu ideyanı davam etdirmək düşüncəsi məni tərk etmirdi. Elə bu arzu ilə də adıçəkilən “Rast” filmi ərsəyə gəldi. Bilirik ki, maestro Niyazi məşhur “Rast” simfonik muğamını bəstələyib. Təqdimata gələn muğamsevərlər bu dəfə həmin əsəri bizim ifamızda izləmək imkanı qazanacaqlar”.

Qeyd edək ki, gecədə tanınmış xanəndələrin ifasında konsert proqramı təqdim olunacaq, həmçinin qəzəllər səsləndiriləcək.