bazar, 04 Dekabr, 10:18

Baku Bakı 4°C

Qulu Ağsəsin Təbrizdə "Yorğun ağacam" adlı şeirlər kitabı dərc edilib

icon 601 icon 06 oktyabr 2022 | 13:45 Qulu Ağsəsin Təbrizdə "Yorğun ağacam" adlı şeirlər kitabı dərc edilib

Azərbaycanın istedadlı şairi Qulu Ağsəsin Təbrizdə "Yorğun ağacam" adlı şeirlər kitabı işıq üzü görüb. "Nəbati və Azərturan" nəşriyyatında nəşr edilən kitabı Təbrizdə yaşayan tanınmış yazar Əli Çağla çapa hazırlayıb. Kitabda ilk olaraq müəllifin həyat və yaradıcılığına nəzər salınır. Qısa zamanda geniş oxucu marağına səbəb olan kitabın  növbəti mərhələdə yenidən çapı gözlənilir. Pərakəndə satışla yanaşı, toplunu onlayn yolla da əldə etmək olacaq.                  
Qeyd edək ki, "Yorğun ağacam" kitabına Qulu Ağsəsin "Görsən üşüyürsən, yandır özünü", "Nöqtələr", "Canım-gözüm, şükür de ki", "Xəbərin varmı - bilmirəm" kimi sevilən ədəbi nümunələri ilə birlikdə yeni şeirləri də daxil edilib.