• cümə, 29 Mart, 18:36
  • Baku Bakı 14°C

Qubadlının Xanlıq qəsəbəsində əkin sahələri mina və PHS-dən təmizlənir - VİDEO

29.04.21 14:50 810
Qubadlının Xanlıq qəsəbəsində əkin sahələri mina və PHS-dən təmizlənir - VİDEO
"Hazırda Qubadlı rayonunun Xanlıq qəsəbəsinin yuxarı hissəsində yerləşən əkin sahələrinin mina və partlamamış sursatlardan təmizlənməsi üçün əməliyyat aparırıq”.
APA-nın Qarabağ bürosunun məlumatına görə, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) supervayzeri Cəlaləddin Əliyev bildirib.
C. Əliyev deyib ki, hazırda əməliyyat aparılan sahə 779 938 kvadrat metrdir: "Ərazidə 12 günə yaxındır ki, əməliyyatlar aparırıq. Əməliyyatlar zamanı ərazidən 1 ədəd PQ raketi tapılıb. Təmizləmə gündəlik 5,7 faiz ərazi təmizlənir. Artıq ərazinin 48,7 faizi mina və partlamamış sursatlardan təmizlənib. Bu sahə tərəfimizdən təmizləndikdən sonra əkin işləri aparılacaq”.
banner

Oxşar Xəbərlər