bazar, 04 Dekabr, 08:31

Baku Bakı 4°C

Qızılın qiyməti artıb

icon 405 icon 06 oktyabr 2022 | 16:00 Qızılın qiyməti artıb

Qızıl bahalaşıb və bir unsiyasının qiyməti 1730 ABŞ dollarından yuxarı təşkil edib.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,63 % və ya 10,9 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1731,7 ABŞ dollarına satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,69 % artaraq 1 unsiyası 20,892 ABŞ dolları təşkil edib.

Birjalar iclası noyabrın əvvəlinə planlaşdırılan ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) pul siyasəti ətrafında perspektivlərini qiymətləndirməkdə davam edir.