• cümə, 29 Mart, 08:54
  • Baku Bakı 5°C

Qırışların yaranmasının qarşısını alan meyvə və giləmeyvələr

24.09.22 16:45 523
Qırışların yaranmasının qarşısını alan meyvə və giləmeyvələr

Tədqiqatlar göstərir ki, intensiv rəng verən piqmentləri ehtiva edən meyvələr hüceyrələrin yenilənməsini stimullaşdıra və qırışların qarşısını ala bilir.

Alimlər bildirirlər ki, giləmeyvə və meyvələrin qabığı nə qədər tünd olarsa, onların dəriyə cavanlaşdırıcı təsiri bir o qədər güclü olar. Rəng verən piqmentlər meyvənin öz ultrabənövşəyi qoruyucu agentləridir, yəni bitkini həddindən artıq günəş şüalarından qoruyurlar. Bu təbii boyalar flavonoidlər ailəsindən olan antioksidantlar - antosianlardır.

Antosianlar sərbəst radikallar adlanan zərərli birləşmələrlə mübarizə aparır. Sərbəst radikallar stress, qeyri-sağlam həyat tərzi, ətraf mühitin toksinləri, ultrabənövşəyi şüalanma nəticəsində yaranır və bədəndə iltihabı stimullaşdıraraq orqanizmə zərər verir ki, bu da ürək xəstəliklərinə, erkən qocalmaya və xərçəngə səbəb ola bilər. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, antosianlar bu sərbəst radikalları yox edir və orqanizmin hüceyrələrini oksidləşdirici stressdən qoruyaraq, onların mənfi təsirini məhdudlaşdırır.

Tədqiqatlar göstərib ki, antosianlar üz dərisinin rənginə müsbət təsir edir – dəri daha sağlam, parıltılı və cavan görünür. Belə təsir, o cümlədən, ultrabənövşəyi şüalanmadan müdafiə ilə də şərtləndirilib. Dəri ondan nə qədər yaxşı müdafiə olunubsa, kollagen da bir o qədər daha yaxşı əmələ gəlir və qırışların yaranmasının qarşısı daha yaxşı alınır.

Bundan başqa, antosianlar dəri xərçənginin qarşısını almağa kömək edir.

Heyvan və sınaq şüşəsinin müxtəlif modelləri göstərib ki, bitki məhsullarının qırmızı piqmenti xərçəng hüceyrələrini hələ toxumda məhv edir, eləcə də şişlərin artmasının sürətini azalda bilər.

Antosian daha çox hansı qidalarda var: kəndalaş, qara qaragat, gilas, böyürtkən, mərcan, çiyələk, turş albalı, moruq, qara üzüm.

Tərəvəzlər arasında faydalı maddələr mənbələri: qara lobya, qırmızı kələm, badımcan.

banner

Oxşar Xəbərlər