• çərşənbə axşamı, 16 aprel, 05:41
  • Baku Bakı 15°C

Qeyri-qanuni yollarla ABŞ-a aparılan 12 tarixi əsər Türkiyəyə qaytarılır

23.03.23 14:00 507
Qeyri-qanuni yollarla ABŞ-a aparılan 12 tarixi əsər Türkiyəyə qaytarılır

ABŞ-da ələ keçirilən Anadoluya aid 12 tarixi əsər məhkəmə qərarı ilə Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğuna təhvil verilib.

Kaspi.az xəbər verir ki, uzun müddət davam edən sınaqlar nəticəsində əsərlər Nyu-Yorkdakı baş konsul Reyhan Özgür və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin rəsmilərinin iştirak etdiyi Manhetten Rayon Prokurorluğunda təşkil olunan mərasimdə geri qaytarılıb.

Baş konsul R.Özgür mərasimdəki çıxışında Nyu-Yorkun prokuroru Alvin Braqqa və Daxili Təhlükəsizlik İstintaq Bürosunun agentlərinə təşəkkür edib.

“Son illərdə mədəni və tarixi əsər qaçaqmalçılığı ilə mübarizə sahəsində əldə etdiyimiz əməkdaşlığı yüksək qiymətləndirirəm. Manhetten Bölgəsi Prokurorluğu, Daxili Təhlükəsizlik Təhqiqatları qrupu və Milli Təhlükəsizlik Araşdırmaları qrupu arasında qurulan sabit və qüsursuz əlaqə ilə səmərəli nəticələr əldə edirik”, - deyə R.Özgür söyləyib.

Tarixi əsərlər üzərində birgə işlərin Türkiyə ilə ABŞ arasında əməkdaşlığı gücləndirdiyini deyən Özgür, bunların mədəni sərvətlərin qaçaqmalçılığı ilə mübarizə aparan dünya ictimaiyyəti üçün də nümunə olduğunu dilə gətirib.

Nyu-York prokurorunun köməkçiləri Metyu Boqdanos və Lisa DelPizzo da çıxışlarında sözügedən tarixi əsərlərin təsbit edilərək qaytarılmasından məmnun olduqlarını və bu mövzuda Türkiyə ilə yaxından işləməyə davam edəcəklərini vurğulayıblar.

Əsərlərin sərgiləndiyi salonda edilən çıxışlardan sonra baş konsul Özgür və DelPizzonun imzaları ilə təhvil-təslim prosesi tamamlanıb.

banner

Oxşar Xəbərlər