• cümə, 26 Aprel, 02:15
  • Baku Bakı 16°C

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının bir qrup fəalı ilə görüş keçirilib

09.01.23 10:00 1275
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının bir qrup fəalı ilə görüş keçirilib
Yanvarın 7-də Qərbi Azərbaycan İcmasında İcmanın Qadınlar Şurasının bir qrup fəalı ilə görüş keçirilib.
Kaspi.az-a İcmadan bildirilib ki, görüşü giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq, İcmanın fəaliyyətində qadınların həmişə böyük rolu olduğunu və bundan sonra da olacağına əminliyini bildirib.
O, hələ XIX yüzildə İrəvan xanımlarının Avropanın tanınmış ali məktəblərində təhsil aldığına diqqət çəkib. Qeyd edib ki, sovet hakimiyyətinin ilk illərində, sonrakı dövrlərdə də Qərbi Azərbaycan xanımları xüsusilə dövlət, elm və təhsil sahələrində müxtəlif rəhbər vəzifələrdə çalışıblar, bu gün də çalışırlar. Deputat vurğulayıb ki, Qərbi Azərbaycan İcmasında da xanımlarımız müxtəlif strukturlarda təmsil olunurla.
Tədbirdə Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavinləri – Əməkdar jurnalist Telli Pənahqızı və filologiya elmləri doktoru Almaz Ülvi, Şura üzvləri dı çıxış edərək fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçıları İcmanın yeni inzibati binasında əməkdaşlar və Şuralar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.
 
banner

Oxşar Xəbərlər