• cümə axşamı, 28 mart, 22:07
  • Baku Bakı 13°C

Qaz Emalı Zavodu bu il 1,7 mlrd. kubmetr qaz emal edib

18.09.17 11:10 1251
Qaz Emalı Zavodu bu il 1,7 mlrd. kubmetr qaz emal edib
2017-ci ilin ötən ayları ərzində SOCAR-ın Qaz Emalı Zavodunda 1 mlrd. 680,9 mln. kubmetr təbii qaz emal edilib. "APA-Economics" xəbər verir ki, bu barədə zavodun direktoru Aqşin Paşayev bildirib.
Onun sözlərinə görə, emaldan sonra təhvil verilmiş təmizlənmiş təbii qazın həcmi 1 mlrd. 648,8 mln. kubmetr təşkil edib. A. Paşayev əlavə edib ki, təbii qazın emalı üzrə zavodun faktiki orta illik istehsal gücündən 63% istifadə edilib: "Texnoloji reqlamentə müvafiq olaraq hər min kubmetr təbii qazın emalı zamanı itkilər 5,8 kubmetr, texnoloji prosesin aparılmasında sərf edilən yanacaq qazın həcmi isə 11,3 kubmetr təşkil edib. Təbii qazın emalından 19 min ton qeyri-sabit qaz benzini əldə edilib. Əldə edilən qeyri-sabit qaz benzininin 18,8 min tonu fraksiyalaşdırmaya verilib, 7,3 min ton texniki butan və 11,4 min ton qaz benzini (nafta) istehsal edilib".
Direktor qeyd edib ki, bu dövr ərzində "Azneft" İB ilə Qaz Emalı Zavodu arasında bağlanılmış xidmət və ticarət agenti müqavilələri çərçivəsində 7,5 min ton texniki butan və 11,6 min ton qaz benzini yüklənilib. Yüklənilmiş texniki butanın 4,6 min tonu "Azərkimya" İB-yə göndərilib.
banner

Oxşar Xəbərlər