• cümə, 19 Aprel, 10:08
  • Baku Bakı 13°C

"Qarabağ" klubunun dünya reytinqindəki yeni mövqeyi bəlli olub

11.09.22 13:00 654
"Qarabağ" klubunun dünya reytinqindəki yeni mövqeyi bəlli olub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

"Report" IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 304 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb. Aktivində 131 xal olan "köhlən atlar" ötən ayla müqayisədə 13 sıra geriləyərək 91-ci pillədə qərarlaşıb. Ölkə çempionu Türkiyənin "Fənərbağça", Kolumbiyanın "Atletiko Nasyonal" və Belçikanın "Brügge" klubları ilə eyni xala malikdir. İlk "3-lük"də 305 xalla "Palmeyras", 303 xalla "Flamenqo" (hər ikisi Braziliya) və 293 xalla "Liverpul" (İngiltərə) qərarlaşıb.

banner

Oxşar Xəbərlər