• cümə axşamı, 28 mart, 23:44
  • Baku Bakı 13°C

Qarabağda Belarus aqroşəhərciklərinin tikintisi nəzərdə tutulur

19.04.21 12:05 522
Qarabağda Belarus aqroşəhərciklərinin tikintisi nəzərdə tutulur
Belarus Azərbaycanla aqrar sahədə təcrübə və biliklərini paylaşmağa hazırdır.
Trend-in məlumatına görə, bunu Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç deyib.
O bildirib ki, söhbət Qarabağda bütün infrastrukturun bərpasından gedir:"Belarusda mövcud olan aqroşəhərciklərin Qarabağda tikintisi nəzərdə tutulur. Bundan başqa, su elektrik stansiyalarının, elektrik şəbəkələrinin, su təchizatı şəbəkələrinin bərpasından söhbət gedir. Bir sözlə, həmin ərazilərdə kompleks tikintinin həyata keçirilməsi planlaşdırılır".

banner

Oxşar Xəbərlər