• cümə, 29 Mart, 18:29
  • Baku Bakı 14°C

"Qarabağa səfər edən konqresmenləri ermənilər maliyyələşdirir" - XİN

20.09.17 17:59 1065
"Qarabağa səfər edən konqresmenləri ermənilər maliyyələşdirir" - XİN
"Özünü ABŞ konqresinin üzvü kimi təqdim edən bu şəxslər uzun illərdir erməni lobbisi və Ermənistan tərəfindən maliyyələşdirilirlər"
Lent.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
XIN-nin Mətbuat xidmətinin rəhbəri bildirib ki, ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri Frənk Pallone və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır:

"Araşdırma yekunlaşdıqdan sonra onlara münasibətdə müvafiq zəruri addımlar atılacaqdır.
Özünü ABŞ konqresinin üzvü kimi təqdim edən bu şəxslər artıq uzun illərdir ABŞ erməni lobbisi və Ermənistan tərəfindən maliyyələşdirilirlər və tam şəkildə ABŞ erməni lobbisindən asılı vəziyyətdədirlər".
banner

Oxşar Xəbərlər