• cümə, 19 Aprel, 04:06
  • Baku Bakı 18°C

Qarabağ Dirçəliş Fondunun informasiya sistemləri və ehtiyatları “Hökumət buludu”na keçəcək

28.04.21 13:55 412
Qarabağ Dirçəliş Fondunun informasiya sistemləri və ehtiyatları “Hökumət buludu”na keçəcək
Qarabağ Dirçəliş Fondunun informasiya sistemləri və ehtiyatları mərhələli plan əsasında"Hökumət buludu”na keçəcək.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu”na Keçid Planı”nda dəyişiklik edib.
Qeyd edək ki, Keçid Planı "Hökumət buludu”nun (G-cloud) yaradılması və "bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1140 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə "Hökumət buludu”nun (G-cloud) yaradılması və "bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu” (G-cloud) Konsepsiyasına uyğun hazırlanıb.
Keçid Planında dövlət informasiya sistemlərinin və ehtiyatlarının mərhələli şəkildə "Hökumət buludu”na keçidi nəzərdə tutulub.

banner

Oxşar Xəbərlər