• cümə, 19 Aprel, 06:18
  • Baku Bakı 13°C

Qalxanabənzər vəzdən alınan kök hüceyrələr paratiroid vəzinin hüceyrələrinə çevrilib

07.01.23 16:30 516
Qalxanabənzər vəzdən alınan kök hüceyrələr paratiroid vəzinin hüceyrələrinə çevrilib

Dünyada ilk dəfə olaraq qalxanabənzər vəzdən alınan kök hüceyrələr başqa bir orqanın, paratiroid vəzinin hüceyrələrinə çevrilib. Beləliklə, orqan çatışmazlığının müalicəsində yeni bir səhifə açılıb.

AZƏRTAC medimagazin.com-a istinadla bildirir ki, Türkiyənin Yeditepe Universitetinin Koşuyolu Xəstəxanasının cərrah-endokrinoloqu, professor Erhan Ayşanın rəhbərliyi ilə multidissiplinar tədqiqat qrupu tərəfindən aparılan araşdırmada sağlam qalxanabənzər vəzdən əldə edilən kök hüceyrələr müxtəlif laboratoriya proseslərindən keçərək tamamilə fərqli bir orqan olan paratiroid vəzi hüceyrələrinə çevrilib.

Bu mühüm araşdırma beynəlxalq miqyasda nüfuzlu elmi jurnalda nəşr olunub və tibbi ədəbiyyata daxil olub.

Paratiroidin bədəndəki kalsium balansını saxlayan yeganə orqan olduğunu qeyd edən professor qalxanabənzər vəzi orqanını paratiroid orqanına çevirdiklərini bildirib: “Bu, tibb sahəsində donor tapmaq probleminin həlli, eyni zamanda transplantasiya müvəffəqiyyət nisbətinin artırılması baxımından vacib tədqiqatdır. Eyni şəxsin qalxanabənzər vəzindən alınan kök hüceyrələrlə ediləcək transplantasiya zamanı donor tapmağa ehtiyac qalmayacaq və həmin şəxsin öz toxuması istifadə edildiyi üçün transplantasiyanın müvəffəqiyyət nisbəti artacaq, toxuma uyğunsuzluğu problemi olmayacaq",- deyə bildirib.

banner

Oxşar Xəbərlər