• şənbə, 20 Aprel, 04:38
  • Baku Bakı 15°C

Püşk atıldı: "Qarabağ" üçün Danimarka çempionu

04.08.17 14:40 2701
Püşk atıldı: "Qarabağ" üçün Danimarka çempionu
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Kaspi.az xəbər verir ki, tarixində ilk dəfə bu mərhələdə mübarizə aparacaq Azərbaycan çempionu "Qarabağ” da rəqibini tanıyıb. "Köhlən atlar" Danimarka çempionu "Kopenhagen"lə qarşılaşacaq.
Ağdam təmsilçisinin "Kopenhagen"lə avrokuboklarda yolu artıq bir dəfə kəsişib. "Qarabağ" 1998/99 mövsümündə, artıq mövcud olmayan Kuboklar Kubokunun 1-ci təsnifat mərhələsində Danimarka klubuyla qarşılaşmışdı. Hər iki oyunda böyük hesabla uduzan (0:4, 0:6) Ağdam klubu mübarizəni dayandırmışdı.
Türkiyə təmsilçisi "Başakşəhər" ilk dəfə çıxış etdiyi ÇL-in qrup mərhələsinə vəsiqə əldə etmək üçün İspaniya təmsilçisi "Sevilya" ilə qarşılaşacaq.
İtaliya A seriyası təmsilçisi "Napoli" isə Fransa klubu "Nitsa" ilə üz-üzə gələcək.
"Liverpul"un baş məşqçisi Yurgen Klopp pley-offda vətəninə səyahət etməli olacaq. Belə ki, "qırmızılar" Almaniya Bundesliqa təmsilçisi "Hoffenhaym"la qarşılaşacaq.
Pley-offun ilk oyunları avqustun 15-16-da, cavab görüşləri 22-23-də keçiriləcək.
Çempionlar Liqası, pley-off mərhələsi
Çempionlar yolu
Qarabağ (Azərbaycan) -Kopenhagen (Danimarka)
APOEL (Kipr) -Slaviya (Çexiya)
Olimpiakos”(Yunanıstan) -Riyeka (Xorvatiya)
Seltik (Şotlandiya) -Astana (Qazaxıstan)
Hapoel (Byer-Şeva, İsrail) -Maribor (Sloveniya)
Liqa yolu
Başakşəhər (Türkiyə) - Sevilya (İspaniya)
Yanq Boyz (İsveçrə) - ÇSKA (Rusiya)
Napoli (İtaliya) -Nitsa (Fransa)
Hoffenhaym (Almaniya) -Liverpul (İngiltərə)
Sportinq (Portuqaliya) -Styaua (Rumıniya)
banner

Oxşar Xəbərlər