Prokurorluq bəraət alaraq azadlığa çıxan idarə rəisi ilə bağlı protest verib
Prokurorluq "Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanova verilən bəraət hökmündən protest verib.
Məhkəmənin ilkin baxış iclası keçirilib, növbəti iclasmayın 18-ə təyin edilib.
APAxəbər verir ki, protest Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatında araşdırılır.
Məhkəmənin ilkin baxış iclası keçirilib, növbəti iclasmayın 18-ə təyin edilib.
Qeyd edək ki, "Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanov dövlət büdcəsindən yaşayış binalarında 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan 2 milyona yaxın vəsaiti mənimsəməkdə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən onun barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.