• cümə axşamı, 28 mart, 15:34
  • Baku Bakı 16°C

Prezidentin keçirdiyi mətbuat konfrası ilə Azərbaycanın mövqeləri daha da möhkəmləndi - Ekspert

28.02.21 19:45 811
Prezidentin keçirdiyi mətbuat konfrası ilə Azərbaycanın mövqeləri daha da möhkəmləndi - Ekspert
Azərbaycan Prezidentinin xarici və yerli media bümayəndələrinə geniş videokonfransı öz təcavüzkar iddialarından hələ rəsmi imtina etməyən Ermənistanla informasiya müharibəsində Azərbaycanın mövqelərini daha da möhkəmləndirən hadisə oldu.
Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, mətbuat konfransında hazlrlıqlı jurnalistlərin saysız sualları xüsusən də xarici informasiya məkanında Azərbaycana və onun liderinə yüksək marağın bir an da olsa zəifləmədiyini və yüksək olaraq qaldığını nümayiş etdirdi: "Prezident İlham Əliyevin təfsilatlı, arqumentli, məntiqli və sadə cavabları Azərbaycan həqiqətlərinin qlobal təqdimatında keyfiyyətcə yeni səhifə açdı.Prezidentin media konfransı Vətən müharibəsi günlərində tanınmış əcnəbi televiziyalara 30-dan çox müsahibəsinin məzmun və keyfiyyətcə davamıdır. İlham Əliyevin müharibə günlərindəki müsahibələri və son videokonfransı müxtəlif hədəflərə yönəlməklə Azərbaycan dövlətinin vahid mənafelərinin təmin edilməsində müstəsna rol oynadı. Prezident Əliyevin müharibə günlərində xarici TV-lərə çoxsaylı müsahibələrinin strateji məqsədi bütün dünyanı təcavüzkar Ermənistanın kapitulyasına hazırlamaq idisə, videokonfrans cavabları müharibədən sonrakı reallıqların dünyaya tanıdılmasında müstəsna əhəmiyyətli mərhələ açdı".
Baş redaktor deyib ki, Prezident müxtəlif təyinatlı əcnəbi jurnalistlərin suallarını onları ölkəmiz haqda həm maarifləndirən, həm də islah edən səviyyədə cavablandlrdı: "Azərbaycan prezidentinə verilən suallar dünya üzrə irticaçı erməniçilik ideologiyasının hələ sonadək məhv edilmədiyini və yenidən dirçəlmək üçün fürsət axtarışında olduğunu aydın şəkildə göstərdi. Prezident İlham Əliyev bunu çox həssas və uzaqgörənliklə tutaraq Ermənistanın təcavüz ortaqlarına və gələcəyə yönəlik bir sıra təsirli mesajlar verdi .
Prezident çox inandırıcı səviyyədə sübut etdi ki, bu gün Ermənistanı bir dövlət kimi məhv edən problemlər onun Azərbaycana qarşı təcavüzkar siyasətinin nəticəsidir.Azərbaycan prezidenti erməni dövlətçiliyinin sivil mövcudluq və inkişaf yolları barədə düşünənlərə ən real istiqaməti göstərdi- ya Azərbaycanla beynəlxalq hüquqa və tarixi ədalətə uyğun davranmaqla rifah yoluna çıxmaq, ya da hələ tam ortadan qalxmamış regional tupikdə məhv olmaq".
Ekspert deyib ki, Prezidentin Ermənistanda militarist revanşa hazırlaşan qüvvələrə unikal mesaji iki cəhətdən güclü təsirə və strateji əhəmiyyətə malikdir: "Ermənistanda hər kəsə aydın deyildi ki, 10 noyabr razılaşmasından kənara çəkilmələr " dəmir yumruğun" yenidən qalxması və Rusiya kimi strateji xilasedicinin tam itirilməsi demək olacaq.
Prezidentin cavabları postmüharibə reallıqlarının xüsusilə böyük dövlətlərə təqdimatında mühüm rola malikdir.Azərbaycan lideri "qələbə topunu" bir vaxtlar Azərbaycanı məğlubiyyətlə barışmağa çağıran dövlətlərin əllərindən çox məharətlə aldığını nümayış etdirdi.Başqa sözlə desək, Əliyev bir vaxtlar Azərbaycanı məğlub tərəf sayaraq onun başını yerə basmağa çalıçanların silahini onların özlərinə qarşı çevirdi.Prezident " qalib ölkə olaraq Azərbaycanın yaratdığı reallıqlarla barışmalısınız " məntiqinə söykənərək bəzi ədalətsiz dünya qüvvələrinə unudulmaz dərs verdi.İlham Əliyev Azərbaycanın regionda yeni geosiyasi reallıqlar yaratmaq siyasətini o qədər detallı izah etdi ki, oxşar problem yaşayan istənilən dövlət və xalq ondan bəhrələnə bilər.Azərbaycan prezidenti illərlə süni uzadılan mübaqişələrin təkbaşına uğurla həllinin platformasını təqdim etdi .Bütün dünya gördü ki , təzyiqlər qarşısında liderin əyilməz iradəsi, güclü ordu, sabit iqtisadiyyat və ictimai birlik varsa münaqişə vəziyyətində olan istənilən ölkə çətin reallıqları Azərbaycan kimi öz xeyrinə dəyişə bilər.
Prezident postmüharibə dövründə regional təkanverici inkişaf və təşəbbüskarlıq mərkəzinin yenə də Azərbaycan olacağını qətiyyətlə nümayiş etdirdi. Azərbaycan prezidenti təcavüzkar və faşist mahiyyətdə Ermənistan dövlətinin region və bütün dünya üçün böyük təhlükə mənbəyi olduğuna qəti inam yaratdı.Prezidentin cavabları Ermənistanda faşizmi yenidən dövlət siyasətinə çevirmək səylərinə qarşı beynəlxalq çoxtərəfli alyansın təçəkkül prosesini xeyli sürətləndirəcək.
Azərbaycan prezidenti Türkiyə ilə qardaşlıq və müttəfiqliyin yalnız müharibə dövrünə hesablandığını və müharibədən sonra pozulacağını güman edənlərin dərindən yanıldıqlarını da sübut etdi.
Dünya ictimaiyyəti Azərbaycanın dağılmış ərazilərinin bərpa və inkişafında möhkəm iradə və mükəmməl proqramlara malik olduğunu bir daha eşitdi.
Prezident Əliyev qalib gəldiyimiz Qarabağ müharibəsindən sonra dünyanın şahid olacağı iki böyük mübarizənin də anonsunu verdi-ərazilərimizin bərpası naminə əmək və erməni faşizminin vəhşiliklərinə qarşı beynəlxalq cinayət məhkəmələrində hüquqi mübarizə cəbhələri".
banner

Oxşar Xəbərlər