Prezident İlham Əliyev Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
APA-nın məlumatına görə, dövlət başçısı abidənin önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.