• cümə, 26 Aprel, 00:19
  • Baku Bakı 16°C

Politoloq: "Bu, dünya siyasi tarixinin təhrif olunmasıdır"

25.04.21 18:45 841
Politoloq: "Bu, dünya siyasi tarixinin təhrif olunmasıdır"
Son illərdə Türkiyə ilə ABŞ arasında bir çox məsələlər üzrə fikir ayrılığı müşahidə olunur, ziddiyyətlər yaşanırdı. S-400 və F35 məsələsi ətrafında yaşanan olaylar, Türkiyənin son illərdə apardığı uğurlu hərbi əməliyyatlar və bütün bunları tək bir sözlə xülasə etsək, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin müstəqil xarici siyasət yürütməsi, eyni zamanda, Qarabağ məsələsində qeyri-şərtsiz Azərbaycanın yanında dayanması erməniləri, onların havadarlarını ciddi surətdə narahat etdi, türkün gücünə qarşı çıxa bilmədilər və belə bir tarixi yanlışlığa yol verildi. Yaranmış reallığı qəbul etmək istəməyən dairələr hər bir vəchlə belə addımlar atmaqla öz geosiyasi maraqlarını təmin etmək istəyirlər.
BunuAZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Politoloq qeyd edib ki, əslində isə tarix boyu ermənilər türkə nifrət bəsləyib, onlara qarşı soyqırımı törədib. 1915-ci ildə türklərə, 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımları, eyni zamanda, 1992-ci ildə bütün dünyanın gözü önündə törədilən və insanlığın üz qarası kimi qiymətləndirilməli olan Xocalı soyqırımı bu qəbildəndir.
Dar bir qrupun maraqlarını təmin etməkdən ötrü regionda və dünyada Türkiyə kimi güclü bir müttəfiqi qarşıya almaq qəbulolunmazdır. Əsassız faktlarla tarixin saxtalaşdırılması yolverilməzdir. Bu, həm o dövlətin özünün dünyada olan imicinə ziddir, həm də tarixin bu cür saxtalaşdırılması gələcək nəsillər, daha qlobal kontekstdə isə bəşəriyyət üçün müsbət heç nə vəd etmir.
Ş.Həsənova qeyd edib ki, qondarma "erməni soyqırımı” ifadəsinin işlədilməsi Türkiyə-ABŞ münasibətlərinə fundamental zərbə olmaqla yanaşı, bu həm də Vaşinqton üçün tarixi yanlışlıqdır. Türkiyə tərəfi dəfələrlə tarixi arxivlərin açılmasını və araşdırılmasını tələb etsə də, Ermənistan rəhbərliyi buna getmir, çünki arxivlərdə belə bir fakt yoxdur. O zaman bunun tarixi və hüquqi əsası da yoxdur. Bu baxımdan da ABŞ kimi bir dövlətin erməni diasporunun əsirinə çevrilməsi təəssüf doğurmaqla yanaşı, həm də yanlışlıqdır. ABŞ siyasi xadimlərinin özləri də bir neçə dəfə bəyan ediblər: "Arxivlərin araşdırılması göstərir ki, ermənilərin soyqırımı ittihamı əsassızdır, ümumiyyətlə, Osmanlı imperiyası dövründə deportasiya zamanı ölən və itkin düşənlərin sayı ermənilərin iddia etdikləri qədər deyil”.
Bir sözlə, reallıq odur ki, Türkiyənin inkişaf edən hərb sənayesi, İkinci Qarabağ savaşında dastan yazan pilotsuz uçuş aparatları dünyanın, türkü gözü götürməyən qüvvələrin canına qorxu salıb.
"Azərbaycan dövlətinin uydurma "erməni soyqırımı” ilə əlaqədar prinsipial mövqeyi də bəllidir. Azərbaycan belə bir addım atılmasının birmənalı olaraq əleyhinədir. Çünki Türkiyəyə qarşı hər hansı bir qərarı biz də özümüzə qarşı qərar kimi qəbul edirik. Nə Türkiyə, nə də Azərbaycan olaraq biz bu açıqlamanı qəbul etmir, qətiyyətlə pisləyir, eyni zamanda, bunu tarixin təhrif olunması istiqamətində dünya siyasi tarixi üçün müsbət nəticə və fayda gətirməyəcək olduqca yanlış bir addım kimi qınayırıq. ABŞ kimi böyük dövlət erməni lobbisinin əlində alət olmalı deyil. Ermənistanın bir dövlət kimi taleyinin müsbət olması tarixi saxtalaşdıraraq digər dövlətlərə, onların siyasətlərinə müxtəlif təsir rıçaqları ilə təzyiqdən deyil, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir”, - deyə politoloq vurğulayıb.
banner

Oxşar Xəbərlər