• cümə axşamı, 28 mart, 18:29
  • Baku Bakı 13°C

Politoloq: Azərbaycan Fransanın qərəzli qətnamələrini rədd edir

03.12.22 08:30 596
Politoloq: Azərbaycan Fransanın qərəzli qətnamələrini rədd edir

Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi onun regionda da nüfuzuna xələl gətirəcək. Fransa ölkəmizlə münasibətləri normallaşdırmaq üçün öz siyasətinə yenidən baxmalı, yanlış qərarlar qəbul etməkdən əl çəkməlidir. Çünki bu qərəzli münasibət Fransanın milli maraqlarına ziyan vuracaq və regionda reallaşdırmaq istədiyi layihələrin üstündən xətt çəkəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, son proseslər və Fransa parlamentinin Azərbaycana qarşı ədalətsiz qətnamələr qəbul etməsi iki ölkə arasında münasibətləri dondurulmuş vəziyyətə gətirir. Çünki buna başqa ad vermək mümkün deyil. Təbii ki, bu vəziyyətin günahkarı Fransa hakimiyyətidir. Bu ölkənin hakim siyasi dairələrinin qərəzli mövqeyi istər-istəməz müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinə mənfi təsirini göstərir.

“Fransa hakimiyyətinin regionda gedən proseslərə bu cür qərəzli yanaşması yolverilməzdir. Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamədə Azərbaycanı Ermənistana qarşı hərbi təcavüzdə ittiham etməsi heç bir çərçivəyə sığmır. Bu qətnamə Fransanın terrorizmi dəstəklədiyini göstərir. Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi dövründə Fransa Ermənistanın ölkəmizə qarşı təcavüzünü silahla, pulla, ardıcıl siyasi dəstək təmin etməklə müdafiə edib. Həmin siyasət bu gün də davam etdirilir”, - deyə İ.Vəlizadə vurğulayıb.

Azərbaycanın Cənubi Qafqazda əsas söz sahibi olduğunu vurğulayan politoloq ölkəmizin Avropa İttifaqının bütün ölkələri ilə sıx münasibətlər qurduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, beynəlxalq münasibətlər çərçivəsində əlaqələri inkişaf etdirən və Azərbaycana dəstək verən ölkələrin regionda nüfuzu artır. Həmin ölkələrlə müxtəlif layihələr reallaşdırılır.

“Prezident İlham Əliyevin Makronu sülh danışıqlarını pozmaqda açıq şəkildə niyə ittiham etdiyi və Brüssel görüşündən niyə imtina etdiyi bir daha aydın olur. Azərbaycan heç vaxt heç bir ölkənin müstəmləkəsi olmayacaq. Fransa Azərbaycanı başqa ölkələrlə qarışdırmamalıdır. Azərbaycan xalqı və dövləti Fransanın qərəzli qətnamələrini rədd edir”, - deyə İlqar Vəlizadə fikirlərini yekunlaşdırıb.

banner

Oxşar Xəbərlər