• çərşənbə axşamı, 16 aprel, 23:56
  • Baku Bakı 18°C

“Peşəkar idarəçi” müsabiqəsinə qeydiyyat davam edir

18.03.23 12:36 1199
“Peşəkar idarəçi” müsabiqəsinə qeydiyyat davam edir

Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) “Peşəkar idarəçi” müsabiqəsinə start verib.

İdarədən Kaspi.az-a bildirilib ki, müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları formalaşdırmaq, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək və təhsil sahəsində müxtəlif vəzifələr üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdən ibarətdir.

Müsabiqədə ali təhsilli, Mərkəzi Aran RTİ-nin əhatə etdiyi şəhər və rayonlarda yerləşən istənilən təhsil müəssisəsində çalışan, minimum 3 il pedaqoji staja malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.

Tələblərə cavab verən namizədlər aprel ayının 7-dək bu linkdən keçid etməklə qeydiyyatdan keçə bilərlər:.

Namizədlər elektron qeydiyyatdan keçdikdən sonra test imtahanı mərhələsində iştirak hüququ qazanacaqlar. Bu mərhələdə onların idarəetmə bacarıqları, əmək və təhsil qanunvericiliyi üzrə bilikləri, məntiqi təfəkkürü yoxlanılacaq. Test imtahanı mərhələsində müvafiq keçid balını toplamış namizədlərin nəzəri və praktiki bilikləri (kadr məsələləri, tədris prosesi, maliyyə-təsərrüfat məsələləri, hüquqi biliklər) yazı işi (esse) mərhələsində yoxlanılacaq.

Yazı işi (esse) mərhələsində uğur qazanmış şəxslər təlimlərə cəlb olunacaq. Təlimlər başa çatdıqdan sonra namizədlərin esse mərhələsində əldə etdiyi nəticələrə, həmçinin bilik-bacarıq və kompetensiyalarına uyğun olaraq təcrübəkeçmə mərhələsində iştirakı təmin olunacaq.

Qeyd edək ki bu mərhələdə namizədlər 3 modul (kadr inzibatçılığı, maliyyə-təsərrüfat məsələləri, təlim-tərbiyə prosesi) üzrə təcrübə keçəcəklər.

banner

Oxşar Xəbərlər