• cümə axşamı, 25 aprel, 22:58
  • Baku Bakı 21°C

“Peşə təhsili haqqında” qanun layihəsinin ilkin variantı hazırdır

18.09.17 13:30 1689
“Peşə təhsili haqqında” qanun layihəsinin ilkin variantı hazırdır
"Peşə təhsili haqqında” qanun layihəsinin ilkin variantı artıq hazırdır.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında sədr İsa Həbibbəyli bildirib. O qeyd edib ki, bu sesssiya zamanı qanun layihəsi tamamlanaraq müzakirəyə çıxarılacaq.
İ. Həbibbəyli deyib ki, "Ümumi təhsil haqqında” qanun layihəsinin də cari sessiya sırasında müzakirəyə çıxarılması nəzərdə tutulub: "Layihənin hazırlanması üçün materiallar toplanılacaq. Oktyabrda "Peşə təhsil haqqında” qanun layihəsi müzakirəyə çıxarıldıqdan sonra, noyabrda "Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılacaq".
banner

Oxşar Xəbərlər