AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Papa Fransis pandemiyanın təbiətə daha çox dəyər verməyi öyrətdiyini deyib

Papa Fransis pandemiyanın təbiətə daha çox dəyər verməyi öyrətdiyini deyib

Təfsilat
23 Aprel 2021, 10:45 130
Papa Fransis təbiəti mühafizə etmək və iqlim dəyişikliyindən qorunmaq üçün pandemiyadan dərs almağa çağırış edib.
 
APA-nın məlumatına görə, Papa bu barədə Beynəlxalq Torpaq Günü münasibətilə onlayn müraciətində bildirib.
 
"Qlobal təbiətin planetdəki həyatımıza ehtiyacı var. Koronavirus pandemiyası bizə bir-birimizlə əlaqəli olduğumuzu öyrətdi, planeti ədalətlə bölməliyik. Həm qlobal fəlakətlər - pandemiya və həm də iqlim - artıq vaxtımızın olmadığını açıq şəkildə göstərir”, deyə vurğulayıb.

Onun sözlərinə görə, təbiətin məhv edilməsi anı başlayarsa, prosesi dayandırmaq çox çətin olacaq. 
Papa doğma İspan dilində bir dini kəlamdan sitat gətirib: "Allah biz insanları həmişə bağışlayır, ancaq təbiət heç vaxt bağışlamaz”. 
 
O əlavə edib ki, daha yaxşı ola bilməsək, özümüzü məhv etmək yoluna gedəcəyik.