• cümə axşamı, 28 mart, 18:07
  • Baku Bakı 13°C

Pandemiya dövründə kütləvi iftar mərasimlərindən çəkinməliyik - Hacı Şahin Həsənli

05.05.21 15:30 709
Pandemiya dövründə kütləvi iftar mərasimlərindən çəkinməliyik - Hacı Şahin Həsənli
İnsanlar çalışmalıdır ki, pandemiya dövründə kütləvi iftar mərasimləri təşkil etməkdən çəkinsinlər.
BunuTrend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.
Ş.Həsənli bildirib ki, artıq 2-ci ildir ki, Ramazan ayı pandemiya dövrünə təsadüf edir.
O qeyd edib ki, dünya ölkələrində olduğu kimi Azərbaycanda da karantin rejimi tətbiq edilir, müəyyən məhdudlaşdırıcı addımlar atılır və vətəndaşlar bu qaydalara ciddi şəkildə riayət eməlidir:"Ramzan ayı başlayanda Qafqaz Müsəlmanları İdarəsi olaraq insanlara müraciət etmişdik ki, pandemiya səbəbindən Ramazan ayında kütləvi iftar mərasimləri təşkil olunmasın və vətəndaşlarımızın da böyük əksəriyyəti bu çağırışlara əməl edir.
Yoluxmaların artmaması üçün Ramazan ayının sonuna doğru da bu qaydalara əməl etməliyik. Artıq Ramazanın üçüncü 10 günlüyünə daxil olmuşuq və çalşmalıyıq ki, sona qədər bu qaydalara riayət edək. İnsanlar çalışmalıdır ki, kütləvi iftar mərasimləri təşkil etməkdən son günə qədər çəkinsinlər.
Hazırda Azərbaycanda yoluxma dinamikası müsbətə doğru dəyişib və yoluxanların sayı azalıb. Bu müsbət gedişatı qorumaq üçün qaydalara ciddi riayət etməliyik və ümid edirik ki, bu, bizim pandemiya dövründə qeyd etdiyimiz son Ramazan ayı olar. Ancaq hazırda pandemiya davam edir və biz dinimizin də göstərişinə əməl edərək bu məsələdə ehtiyatlı davranmalıyıq, çünki dinimiz də buyurur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın”.
banner

Oxşar Xəbərlər