Palçıq Vulkanları Dövlət Təbiət Qoruğunun bazasında geoloji park yaradılacaq
Azərbaycanda Palçıq Vulkanları Dövlət Təbiət Qoruğunun bazasında geoloji park yaradılacaq.
APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Nazir müavini bildirib ki, həmin parkda təsərrüfat fəaliyyəti mümkün olacaq və parka turistlərin gediş gəlişinə şərait yaradılacaq.