• cümə axşamı, 28 mart, 19:26
  • Baku Bakı 13°C

Oya Ergünün Meksika mahnılarından ibarət konserti keçiriləcək

20.09.17 21:04 1990
Oya Ergünün Meksika mahnılarından ibarət konserti keçiriləcək
Meksikanın Azərbaycandakı səfirliyi sentyabrın 15-də ölkənin milli bayramı və Müstəqillik gününü qeyd edib.
"Kaspi.az”ın məlumatına görə, bu münasibətlə keçirilən tədbirin açılışında məşhur opera ifaçımız Oya Ergün hər iki ölkənin dövlət himnlərimi səsləndirib. İfaçı iki Meksika mahnısında qonalar üçün səsləndirib. Sonra bu yaxınlarda Meksikada baş vermiş zəlzələ nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfir Xuan Rodrigo Labardini Flores hadisə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Meksika xalqına və Prezident Penya Nietoya göndərdiyi başsağlığına görə təşəkkürünü bildirib.
Məlumat üçün bildirək ki, səfir çıxışı zamanı bildirib ki, Oya Ergünün yaxın zamanlarda, Meksika mahnılardan ibarət konserti keçiriləcək. Diplomat ölkələrimiz arasında mədəniyyət və turizm sahələrində də əlaqələrin uğurla inkişaf etdiyini söyləyib.
Qeyd edək ki, mərasimdə Azərbaycanın Xarici İşlər Nazirliyinin idarə rəisi Anar Canəhmədov, digər siyasət və ictimai xadimlər iştirak edib.


banner

Oxşar Xəbərlər