• cümə axşamı, 18 aprel, 17:51
  • Baku Bakı 22°C

“Oskar” mükafatladırma mərasimini aparacaq şəxslər bəlli oldu

13.04.21 21:53 702
“Oskar” mükafatladırma mərasimini aparacaq şəxslər bəlli oldu
Aktyor Bred Pitt və aktrisa Zendaya 2021-ci ildə "Oskar” kinomükafatının təqdimetmə mərasiminin aparıcıları olacaqlar.
"Report”xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları instaqramda məlumat veriblər.
"Oskar” mükafatlandırma mərasimi aprelin 26-na keçən gecə canlı iştirakla keçiriləcək. Mərasim iştirakçıları eyni zalda olmamaq üçün qruplara bölünəcəklər.
Holli Berri, Xoakin Feniks, Lora Dern, Rene Zellveger, Riz Uizerspun, Harrison Fordun mərasimdə iştirak edəcəyi məlumdur. Onlar laureatlara qızıl heykəlcikləri təqdim edəcəklər.
Daha əvvəl 2021-ci ildə keçiriləcək mərasimin qismən Avropa məkanlarına köçürülə biləcəyi bildirilmişdi. Tədbirin ABŞ hissəsi Los Ancelesdəki "Dolby” teatrında baş tutacaq, Paris və Londonda da qonaq qəbulu üçün iki əlavə məkan hazırlanır. Hələlik "Oskar”ın Avropa hissəsinin Paris, yoxsa Londonda keçiriləcəyi açıqlanmayıb.
banner

Oxşar Xəbərlər