• çərşənbə axşamı, 23 aprel, 23:06
  • Baku Bakı 20°C

Orxan Məmmədov: "Biznesə dəstək təşəbbüslərini şirkətlər müsbət qarşılayır"

01.12.22 15:30 665
Orxan Məmmədov: "Biznesə dəstək təşəbbüslərini şirkətlər müsbət qarşılayır"

Azərbaycanın biznes mühitinin dəstəklənməsi istiqamətində təşəbbüsləri ölkədə fəaliyyət göstərən yerli və xarici şirkətlər tərəfindən müsbət qarşılanır.

"Kaspi" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyinin (KOBİA), eləcə də Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə Bakıda “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda keçirilən İNSME-nin 18-ci illik toplantısında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O, qeyd edib ki, Avropa İttifaqının dəstəyi ilə hazırlanmış “Azərbaycanda biznes mühiti - 2021” hesabatında Avropa şirkətlərinin davam edən yerli islahatlara münasibətinin və qurumların fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən KOBİA ilk beşlikdə yer alıb: "Biz tərəfdaş ölkələrin müvafiq qurumları və təşkilatları ilə də uğurla əməkdaşlıq edirik. Burada əsas iki hədəfimiz var: institusional əməkdaşlığın genişləndirilməsi və yerli sahibkarlıq subyektlərimiz ilə xarici potensial tərəfdaşlar arasında birbaşa əlaqələrin qurulmasına dəstək verməkdir.

Aidiyyəti qurumlarla imzalanmış memorandumlarımızda qarşılıqlı maraq kəsb edən təşəbbüslərin həyata keçirilməsi, biznes missiyaların təşkili və qabaqcıl təcrübələrin mübadiləsi kimi məsələlər yer alıb", - O. Məmmədov bildirib.

Eyni zamanda, bir neçə sahəvi beynəlxalq təşkilatlara üzvlük geniş tərəfdaşlar şəbəkəsinə çıxışı asanlaşdırır, KOBİA-nın sədri qeyd edib: "Bu da öz növbəsində iş adamlarımız üçün geniş imkanlar yaratmaqdadır. İNSME belə təşkilatlar sırasında öndə gedir və qarşıdakı dövrdə sözügedən platforma çərçivəsində əməkdaşlıq əlaqələrimizin genişləndirilməsini hədəfləyirik. İNSME platformasının çox-funksional xarakteri, üzv şəbəkəsinin genişliyi və təqdim olunan xidmətlər çeşidi hər bir qurum və təşkilatın faydalanması üçün imkanlar yaradır.

Şübhəsiz ki, platformanın təqdim etdiyi ən əhəmiyyətli imkanlardan biri şəbəkələşmə, təcrübə mübadiləsinin aparılması və həmkarların yeniliklər barədə bir-birindən öyrənmək fürsətidir".

banner

Oxşar Xəbərlər