• şənbə, 20 Aprel, 11:29
  • Baku Bakı 14°C

Oqtay Şirəliyev neqativ hallardan danışdı

03.07.13 13:33 1397
Oqtay Şirəliyev neqativ hallardan danışdı
“Səhiyyə elə bir sahədir ki, Azərbaycanın hər bir vətəndaşı gündəlik həyatında onunla təmasda olur və hər kəs burada hər şeyin ideal səviyyədə olmasını istəyir. Bu sahədə istənilən neqativ hal, hər hansı çatışmazlıq etiraz doğurur, tənqid olunur. Elə biz özümüz də - həkimlər, tibb işçiləri, səhiyyənin təşkili ilə məşğul olan hər kəs də istəyirik ki, çalışdığımız və cavabdeh olduğumuz sahə qüsursuz, şəffaf, mütəxəssislər ən yüksək səviyyədə olsun”.
APA-nın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev tibb işçilərinin peşə bayramına həsr olunan tədbirdə çıxışında deyib. Səhiyyə naziri bununla bağlı kadr siyasətində böyük işlər görüldüyünü bildirib. O.Şirəliyev deyib ki, əvvəllər özəl universitetlərdə tibb fakültələri var idi və klinikaları, xəstəxanaları olmayan bu fakültələri hər il yüzlərlə tələbə bitirsə də, onlar mütəxəssis kimi tam hazırlanmırdı.
Həmin fakültələrin sonradan ləğv edildiyini deyən nazir qeyd edib ki, işsizliyin qarşısını almaq üçün qəbul yeri də azaldılıb: “Bu gün dünya praktikasında qəbul olunmuş tibb işçilərinin sertifikasiyası kimi praktikanın ölkəmizdə tətbiqi həkimləri daimi nəzəri biliklərini artırmağa sövq edir. Bu ildən etibarən həkimlər işə mərkəzləşmiş qaydada test üsulu ilə imtahan verməklə qəbul olunur ki, bu da praktikada həm ixtisas səviyyəsi imkan verməyənlərin həkim kimi çalışmasının qarşısına sədd çəkir, həm də regionlarda illərlə boş qalan vakant yerlərin həkim kadrları ilə təmin olunmasına xidmət edir. Mərkəzləşmiş işə qəbul imtahanları nəticəsində məlum oldu ki, insanlar əvvəllər təəssürat yaradıldığı kimi region tibb müəssisələrindən qaçmırlar, əksinə böyük həvəslə bölgələrə gedirlər”.
banner

Oxşar Xəbərlər