Onun transferini Zidanın keçidi ilə müqayisə etdi
Məşhur futbol agenti Mino Rayola Neymarın PSJ-yə transferi barədə
danışıb.
Kaspi.az xəbər verir ki, Rayola transfer bazarındakı duruma da
münasibət bildirib. O, Neymarın PSJ-yə transferini Zidanın "Yuventus”dan
"Real”a keçidi ilə müqayisə edib:
"Mən transfer bazarında qəribə heç nə görmürəm. İndi hər kəs Neymarın
PSJ-yə keçidindən danışır. Ancaq məsləhət görərdim ki, Zidanın "Real”a
transferini xatırlayardılar.
Bütün məqamları - sponsorları, infilyasiyanı nəzərə alsaq, bahalı
transferlərdə qeyri-adi heç nə yoxdu.
Onu da qeyd edim ki, "Barselona” Neymarın alınmasına da xeyli vəsait
xərcləmişdi”.
Zidan 2001-ci ildə "Yuventus”dan "Real”a 75 milyon avro qarşılığında
transfer edilmişdi.