• cümə axşamı, 28 mart, 15:27
  • Baku Bakı 16°C

Onları da Şöhrət zalına daxil etdilər

22.09.17 13:25 1408
Onları da Şöhrət zalına daxil etdilər
İngiltərə futbolunun Şöhrət zalına daha 3 nəfər daxil edilib.
Kaspi.az xəbər verir ki, Stiven Cerrard, Frenk Lempard və 2011-ci ildə dünyasını dəyişən Qari Spid İngiltərə futbolunun Şöhrət zalına daxil ediliblər. Qari Spid karyerasına "Lids”də başlayıb. O, "Everton”, "Nyukasl”, "Bolton” kimi klubların şərəfini qoruyub.
Spid Uels yığmasının heyətində 85 oyun keçirib. O, 2011-ci ildə, 42 yaşında dünyasını dəyişib.
Stiven Cerrard isə 1998-2015-ci illərdə "Liverpul”un şərəfini qoruyub. 37 yaşlı sabiq futbolçu hazırda "Liverpul”un akademiyasında çalışır.
39 yaşlı Frenk Lempard isə karyerasını 2017-ci ildə "Nyu-York Siti”də başa vurub. O, karyerasının əsas hissəsində "Çelsi”də oynayıb.
banner

Oxşar Xəbərlər