“Onları cəzalandırmaqdan qorxmayın”
FİFA prezidenti
Canni İnfantino İtaliya hakimiyyətinə müraciət edib.
Sportinfo.az xəbər
verir ki, İnafnatino İtaliya futbolundakı rasizm hərəkətlərindən narahatdır. O,
bu ölkədə raszim hallarının artdığını bildirib:
"Rasizmə qarşı
mübarizəni təhsil, maarifləndirmə və cəzalandırmaqla aparmaq olar. Cəmiyyətdə və
futbolda rasizmə yer olmamalıdır. Ancaq İtaliyada rasizm halları artır.
Günahkarları
tapmaq və onları stadionlardan uzaqlaşdırmaq lazımdır. Onları İngiltərədə
olduğu kimi cəzalandırmaq vacibdir. Nə qədər ki, dayanmayıblar, siz də
onları cəzalandırmaqdan qorxmayın”.
Qeyd edək ki, A
seriyasının 4-cü turunda keçirilən "Atalanta” – "Fiorentina” qarşılaşması
rasizm hərəkətlərinə görə dayandırılıb. Yerli azarkeşlər "Fiorentina”nın
futbolçusu Dalbertanı irqçi şüarlarla təhqir ediblər. Braziliyalı futbolçu
hakimə müraciət edib, o da qarşılaşmanı dərhal dayandırıb. Bundan sonra
stadionda elan verilib və bir neçə dəqiqədən sonra oyun davam etdirilib.