• cümə axşamı, 28 mart, 21:09
  • Baku Bakı 13°C

Onlar üçün ÇL fevralda başlayır - Mourinyo

13.09.17 14:45 1216
Onlar üçün ÇL fevralda başlayır - Mourinyo
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Bazel”lə keçirilən oyundan (3:0) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Mourinyo böyük klubların ÇL qarşılaşmaları barədə də danışıb. O, "Barselona”, "Real” kimi klublar üçün ÇL-in fevralda başlayacağını vurğulayıb:
"Real”, "Barselona”, "Bavariya” kimi klublar üçün Çempionlar Liqası fevralda başlayacaq. İndi isə onlar məşq edirlər. Fevralda ingilis klubları "Milad ağılsızlığı” ilə mübarizə apararkən, onlar döyüşə fiziki cəhətdən hazır olacaqlar.
Biz isə hələ pley-off mərhələsinə yüksəlməliyik. Bunu etdikdən sonra isə böyük klublara qarşı oyunlardan zövq ala bilərik”.
banner

Oxşar Xəbərlər