“Oğlum mənimlə fəxr edir” - Mənim balam
Ana olmaq hər bir qadın
üçün həm şərəfli, həm də məsuliyyətli bir hadisədir. Bu ada heç də hər kəs layiq
ola bilmir. "Mənim balam” rubrikamızın bu günkü qonağı aktrisa və
aparıcıAysel Nazim də məhz bu məsələ ilə bağlı ona ünvanlanan
suallarımızı cavablandırdı. Aktrisa 8 yaşlı oğul anasıdır. Aysel xanım deyir
ki, övladı Hakan Efe Can dünyaya gəldiyindən bu yana sanki həyat onun gözündə
bir başqa gözəlliyə qərq olub.
-
Aysel xanım, övladınızı tərbiyə edərkən hansı üsuldan istifadə edirsiniz?
- Övladımı öz üsullarıma
uyğun şəkildə böyüdürəm. Bilirsiniz ki, nənə-baba yanında böyüyən uşaqlar
ərköyün olur. Belə ki, uşağa ana başqa söz, nənə isə başqa söz deyir. Bu zaman
uşaq ananın sözünə əhəmiyyət vermir. Can dünyaya gələndə, evdə valideynlərimə
dedim ki, əgər mən uşağa hər hansı bir şeyi səhv desəm, mənim səhvimi onun
yanında üzümə vurmasınlar. Mənim "olmaz” dediyimə siz heç zaman "olar” deməyin.
Onun tərbiyəsi ilə mən məşğul oluram. Canın ən çox çəkindiyi insan da elə
mənəm.
-
Övladınıza əsəbiləşəndə onu necə cəzalandırırsınız?
-
Küsməkdən başqa hansı xüsusiyyəti sizə çəkib?
-
Övladınızı kimə əmanət edirsiniz?
- Cana iki yaşına qədər
özüm baxmışam. İki yaşından sonra işləməyə davam etdim. Ondan sonra nənəsi
baxdı. Oğlumun hər şeyi ilə mən məşğul oluram. Ancaq nə etsəm də, o yenə də
nənə balasıdır (gülürük).
-
Həm aparıcı, həm də aktrisasınız. Bəs övladınıza yetəri qədər zaman ayıra
bilirsinizmi?
- Oğlum mənim üçün hər
şeydən öndə gəlir. Onun valideyn iclasına, istirahətinə, asudə zamanlarının
keçirilməsinə qədər hər şeyinə mən nəzarət edirəm. Yeri gələndə onun oyun
yoldaşı oluram, birlikdə nahar edirik, gəzməyə gedirik. Tez-tez teatra, muzeyə
aparıram. Canın hər şeyinə zaman ayırıram. Elə olur ki, yuxuma haram qatıram,
gecələri yatmıram. Təki ona sevgimi, qayğımı lazımi səviyyədə ötürə bilim.
-
Oğlunuz sizi televiziyada izləyirmi?
- Belə başa düşdük ki, övladınız bir az sizi qısqanır?
- Bəli, qısqanclığı var.
Kənardan hər hansı uşaq yaxınlaşıb mənimlə şəkil çəkdirmək istəyəndə deyir ki,
bu mənim anamdır. Elə bilir ki, şəkil çəkdirməklə onun anasını əlindən
alacaqlar. Hər kəsə qarşı mehriban uşaqdır. Ancaq məni məxsusi şəkildə sevir.
Ümumiyyətlə insan övladı ilə xoşbəxt olur. Mən özümü övladımla xoşbəxt hiss
edirəm.
-
Qeyd etdiniz ki, oğlunuzun sizə sevgisi məxsusidir. Gələcəkdə bu sevgi sizə
deyil, başqa bir qadına qarşı yönəldikdə, sizin ona reaksiyanız necə olacaq?
- Mən istəyirəm ki, gələcəkdə
hər hansı bir xanıma qarşı sevgi bəsləyərsə, onun sevgisi qarşılıqlı olsun.
Oğlumu xoşbəxt görmək mənə kifayət edər. Onun verdiyi sevgini qarşı tərəfin də
verməsini istəyərəm. Mənə bundan başqa heç nə lazım deyil. Bir ananı balasını
xoşbəxt görməkdən başqa nə sevindirə bilər ki?
-
Adətən məşhurların övladları kulisdə böyüyürlər. Sizin övladınız necə?
-
Dayəyə etibar etmirsiniz?
- Deyirlər, indiki dövrdə oğlan uşağını böyütmək qız uşağını böyütməkdən daha çətindir. Bu fikirlə razısınızmı?
- Heç də. İndiki dövrdə oğlanı da, qızı da böyütmək çox çətindir. Ümumiyyətlə valideyn olmaq məsuliyyətli bir işdir. Hər kəs bu məsuliyyəti daşıya bilmir. Məncə, bu məsuliyyəti daşıya bilməyənlər valideyn olmamalıdır. Uşağa tam şəkildə həyatını ayıra biləcək insanlar valideyn olma haqqına malik olmalıdır. Əgər dünyaya uşaq gətirirsənsə, o heç nədən korluq çəkməməlidir. Nə sevgidən, nə qayğıdan, nə də məhəbbətdən. Əgər bunları dünyaya gətirdiyin övladına verə biləcəksənsə, onu dünyaya gətir. Verə bilməyəcəksənsə, dünyaya gətirməyin bir mənası yoxdur. Həyatın onlar üçün hansı sürprizlər hazırladığını biz bilə bilmirik. Nə qədər ki onlar bizim himayəmizdədirlər, onlara hər bir şərait yaratmalıyıq.
- Cəmiyyətimizdə qız uşaqlarına qarşı da böyük bir aqressiya var.
- Bunların hamısı
cahillikdən irəli gəlir. Düşünürlər ki, oğul övladları olsun, nəsilləri davam
etsin. Övladın qız və ya oğlan olmasının heç bir fərqi yoxdur. Əsas odur ki,
xeyirli övlad olsunlar. Bilmək olmaz, bəlkə dünyaya gətirdiyin oğlun sabah başına
hansı bədbəxtlikləri gətirəcək. Əsas odur ki, cəmiyyət üçün xeyirli övladlar yetişdirək.
Onları bu neqativlərdən, pis əməllərdən uzaq tutaq. Mən çalışıram ki, son
zamanlar yaşanan pis hadisələrdən oğlumu uzaq tutum. Onsuz da böyüdükcə özü
anlayacaq. Çalışıram ki, gündəmdə olan hadisələr ona təsir etməsin.
-
Gələcəkdə onu necə görmək istəyirsiniz?
- Ən əsası qərarlı bir
insan olmasını istəyirəm. Mən çox qərarlı biriyəm. Bir şeyə qərar verərkən
məqsədindən geri dönməsin, sevdiyi peşənin axıra qədər dalınca getsin. Misal
üçün, mən xarici dilləri bitirmişəm və bir müddət tərcüməçi kimi işləmişəm.
Ancaq mənim uşaqlıq arzum aktrisa olmaq idi. Sonunda öz peşəmin arxasınca
getdim və istəyimə nail oldum. Tutduğum
bu yolda valideynlərim də mənə dəstək verdilər, mən də övladıma dəstək
olacağam. O, incəsənəti sevir. Güzgünün qarşısına keçib verilişlər aparır. Kameraya
yad biri deyil. Mən Azərbaycan Dövlət Televiziyasında işləyəndə o da verilişlər
aparırdı. Bundan başqa, Röya Ayxanın, Abbas Bağırovun klipinə də çəkilib. Dünyaca
məşhur cazmen olmaq istəyir. Təki olsun. Gələcəkdə onunla birgə veriliş
aparmağı düşünürəm. Əslində bu təklifi də mənə oğlum verib.