O, prezident postuna qayıdır?
"İnter”in sabiq prezidenti Massimo Moratti yenidən kluba qayıtmaq
niyyətindədi.
Kaspi.az xəbər verir ki, "İnter”in hazırkı bossu Erik Tohir
aksiyalarını satmağı planlaşdırır. "Football Italia” iddia edir ki,
indoneziyalı biznesmen 31 faizlik aksiyalarını məhz Morattiyə satacaq.
Tohir klub idarəçiliyində iştirak etmədiyini əsas gətirərək,
aksiyalarını satmaq istəyir. Bu alqı-satqı baş tutacağı təqdirdə, Moratti
yenidən "İnter”in prezidenti postunu tutacaq.
Moratti "İnter”də 1995-2004 və 2006-2013-cü illərdə prezident
olub.